Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsan niyə Quranda həm mədh edilmişdir, həm də məzəmmət?..


İnsan sözü Quranda 65 dəfə işlənmişdir. Quran bu insanı bəzən mədh etmiş və bəzən də məzəmmət etmişdir. Allah Təala bəzən bu insanı Öz canişini elan edərək, mələklərdən və bütün varlıqlardan üstün bilmişdir, bəzən də dördayaqlı heyvanlardan belə alçaq kimi səciyyələndirmişdir. Bəs niyə?
 
Bu haqda Şəhid Mütəhhəri buyurur: “Həqiqət budur ki, bu mədh və məzəmmət ona görə deyildir ki, insanın iki tərəfi vardır. Bir tərəfi mədh olunandır, bir tərəfi məzəmmət olunan. Quranın nəzərinə görə insanın bütün kamal sifətləri vardır və onlar bilqüvvədirlər. Onları feliyyətə keçirtmək lazımdır və bu, insanın özüdür ki, öz memarı olar. İnsanın kamala qovuşmasının ilk şərti – imandır. İman vasitəsilə elm əmmarə nəfsin əlindən nalayiq alət olmaqdan xaric olar və faydalı bir alətə çevrilər. Ona görə də həqiqi insan – Allahın xəlifəsidir. Hər şey onun üçündür. O, bütün insani kamallara malikdir. İnsan imanlı olmalıdır, nəinki iman + insan. İman + insan olarsa, naqis olar. Bu cür insan həris, kafir, qantökəndir və heyvandan da alçaqdır”.
 
Əllamə Təbatəbai buyurur: “Allah heç bir zaman məzəmmət olunan sifətləri insan varlığında qərar verməmişdir. İnsanın sifətləri o zaman məzəmmət olunan olur ki, insan öz mənfi tədbirinə görə etidal haldan xaric olar, ifrat və təfritə düşər”.
 
Ayətullah Məkarim Şirazi buyurur: “Allah insanda elə qüvvələr və sifətlər xəlq etmişdir ki, onlar insanın bilqüvvə təkamül, tərəqqi və saədət vasitəsi hesab olunur. Ona görə də bu sifətlər zatən pis deyildirlər, kamalın vasitəsidirlər. Ancaq o zaman ki, həmin sifətlər yolunu azmaq vasitəsi olarsa və onlardan sui-istifadə olunarsa – bədbəxtlik, şər və fəsad olar”.
 
Ayətullah Sübhani buyurur: “Bütün insanların xəlqində olan cazibə xeyir və yaxşılıqlara, müsbət və faydalı olanlara tərəfdir. Onun varlığında başdan-ayağa şər mövcud deyildir. Əgər bu sifətlərdən biri həyatından kənarlaşarsa, həyatı dəyişər və insanlığı təhlükəyə düşər. İnsanı yaradan Allah ona yaxşı və pis sifətlərini qoymamışdır. Bəzi sifətləri qılıncın iki ucu kimi və ya bir sikkənin iki tərəfi kimidir. Əgər rəhbər düzgün olmazsa və əgər ağıldan əmr almazsa – onun məhv olmaq mənbəyi olar. O şey ki, mənfi sifətlər adlanır – düzgün rəhbərlik edilməməyin nəticəsidir. Ona görə də biz deyə bilmərik ki, insanda həm yaxşı və həm də pis sifətlər bir-birinə qarışmışdır”.
 
Əxlaq alimlərinin bu nəzərlərindən sonra deyə bilərik ki, Qurani-Kərim nə zaman insanı mədh edir – onun kamala çatmaq sifətlərini nəzərdə tutur. Nə zaman insanı məzəmmət edir – insan təbiətinin zəif nöqtələrini və imandan uzaq olmasını nəzərdə tutur. İnsan fitri olaraq xeyirli bir varlıqdır və onda şər qüvvələri yoxdur. İnsan əgər yolunu azarsa və imandan uzaqlaşarsa, o zaman şər qüvvələrinə malik olar ki, belə bir insan həmişə məzəmmət olunmuşdur və olacaqdır da. (Tebyan)
 
 
/Deyerler.org/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10