Azərbaycan əhalisi artdıqca pensiyaçıların sayı azalır. Bu tendensiya ilə pensiya alanlar bir neçə ilə əhalinin 10 faizindən də az olacaq.
Bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, deputatlar həmişə pensiya yaşının azaldılmasının tərəfdarı olublar: “Bu barədə nə qədər danışmışıq və Milli Məclisdə dəfələrlə məsələ qaldırmışıq. Biz həmişə pensiya yaşının azaldılmasının tərəfdarı olmuşuq. Pensiya yaşı təyin olunan gündən biz onun əleyhinə olmuşuq. İstər qadın, istərsə də kişilər üçün pensiya yaşı yüksəkdir”.
“Mən belə hesab edirəm ki, pensiya yaşı qadınlar üçün 60, kişilər üçün isə 63 olaraq təyin olunmalıdır. Bu məsələyə mütləq baxılmalıdır” – deyə, deputat qeyd edib.
Nuranə Daxilqızı, Bakıvaxtı.az