Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cenub.az-dan: - Az qalmışdı “milyonçu” olaq


989. 574 min İzləyicimizin 20 faizi Rusiyadan, 9 faizi isə ABŞ-dan imiş

Cenub.az saytının izləyiciləri aybaay çoxalır. Əgər əvvəlki aylarda aylıq baxış 700-800 min arası olurdusa, son ay-avqust ayında bu rəqəm 1 milyonun “bir addımlığında” oldu. Belə ki, avqust ayında baxış sayı 989. 574-a yüksəldi. Təbii ki,  izləyicilərimizin əksəriyyəti - 61 faizi Azərbaycanda yaşayanlardır. Sonrakı 3 yeri isə 20 faizlə Rusiya , 9 faizlə ABŞ , 3 faizlə İngiltərə. Yəni ki, bir ay ərzində təkcə Rusiyadan saytımıza 200 minə yaxın baxış olur.

Bu rəqəmlər bizə haradandır?

Saytlarda baxış saylarını izləmək üçün əsasən 2 sistemdən istifadə olunur. Birincisi kompüterin klaviaturasının  yuxarıdakı 1-ci sırasındakı F5  düyməsidir ki, o düyməni basmaqla hər hansı yazının baxış sayını süni şəkildə istənilən qədər artırmaq olur. Bu formadan əsasən guya geniş oxucu auditoriyası olduğunu göstərmək üçün süni şəkildə görüntü yaratmaq istəyənlər faydalanır. Bəzi kompüterdən cüzi məlumatı olan rəhbərlər də bundan faydalanıb, deyirlər ki, filankəsin yaman böyük auditoriyası var.

İkincisi və etibarlısı isə Google Analyitcs  sistemindən faydalanmaqdır. Yəni ki, bu sistemdə süniliyə yer yoxdur. (Yazıya əlavə etdiyimiz şəkildə gördüyünüz kimi). Nə qədər baxış olubsa, bu sistem onu göstərir. Həmçinin hansı ölkədə, hansı rayonda izləyicin nə qədərdir, onu da bilirsən.

Bir məqam da maraqlıdır. Deməli, elə yazılar var ki, Google  Analyitcs sistemində 1500-2000 baxış yığır. Həmin yazının FB səhifəsində isə bəyənmə 5-6 nəfərdir. Səbəb sadədir. Sayta baxışda izləyicinin adı görünmür, amma FB-də bəyəndinsə, adın görsənir. 

Çoxumuz isə hər işdə olduğu kimi bu işdə də çalışırıq ki,  heç faydalı işdə adımız çəkilməsin, pulumuz çıxmasın və sair və ilaxır.

Bütün bunlara baxmayaraq saytımızın izləyiciləri günbəgün artır. Bu isə üzərimizə daha böyük məsuliyyət qoyur – daha yaxşı çalışmaq, ortaya daha sanballı, geniş təhlilin, ciddi araşdırmaların məhsulu olan yazılar qoymalıyıq. 

Necə deyərlər, bizi izləməyi, bəyənməyi, paylaşmağı və rəy yazmağı unutmayın.

Zahir Əmənov, cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10