Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Qasımlı. 21 yaşlı gənc tədqiqatçının uğurlu kitab


Mehdi Afiq oğlu Fəyyazlının qələmə aldığı 2 cilddən ibarət olan “Qasımlı kəndi” adlı kitabları oxucular tərəfindən çox maraqla qarşılanmışdır. Kitabda tarixi şəxsiyyətlərin fəaliyyətinə geniş yer verilmişdir. Məsələn Qasımlı kəndinin ilk əsasını qoyanlardan – Səfəvi sülaləsindən olan Qasım Mirzə Toğrul oğlu haqqında arxiv sənədlər əsasında verdiyi ətraflı məlumat və tarixi faktlar nəzəri cəlb edir. Müəllif kitabda Qasım Mirzə Toğrul oğlunun necə böyük nüfuza və hörmətə malik olmasını ustalıqla qələmə almışdır. Kitabda Qasımlı kəndinin tarixi keçmişinə, tayfalarına, repressiya qurbanlarına, elm adamlarına, yaradıcı insanlara, xeyriyyəçilərə, xüsusi yer verilmişdir. Böyük Vətən müharibəsində və İkinci Qarabağ müharibəsində gənc əsgərlərimizin göstərdiyi igidliyi və qəhrəmanlığı böyük vətənpərvərliklə qələmə almışdır. 

       Müəllif çox gənc olmasına baxmayaraq böyük məsuliyyət tələb edən mövzuya müraciət etmişdir. Yüksək müşahidə qabliyyəti, gərgin axtarışları, hərtərəfli dünya görüşlü olması müəllifə müvəffəqiyyət qazandırmışdır. Lakin kitabda müəyyən texniki qüsurlar da vardır. Əlbəttə, bu qüsurlar kitabın dəyərini azaltmır. Nəzərə almaq lazımdır ki, bu müəllifin ilk kitabıdır, onun elmi uğurları hələ irəlidədir. Getdikcə gənc yazıçı elmin yollarında püxtələşəcək, öz oxucularını yeni kitabları ilə sevindirəcək. Biz də gənc qələm sahibinə bu şərəfli yolda böyük uğurlar arzulayırıq. 

       Publisist yazıçı, AJB-nin üzvü, biolologiya üzrə fəlsəfə doktoru – Sabir Abuş oğlu Fərəcov. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10