Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda narkotik satanlar tutulub


Onların hər birinin üzərindən hazır bükümlərdə narkotik və elektron tərəzilər aşkarlanaraq götürülüb
 
Lənkəranda heroin və metamfetaminin dövriyyəsi ilə məşğul olan yeddi nəfər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri O.Rəhimov, X.Məmmədov, H.Əliyev, V.Abbasov, R.Əliyev, E.Əskərov və K.Babazadə saxlanılıblar.
 
Keçirilən baxış zamanı onların hər birinin üzərindən hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən E.Əskərovun həmçinin Lənkəran rayonu ərazisində bir avtomobildən 75 manat pul və sənədlər olan əl çantasını oğurladığı da müəyyən edilib.
 
Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10