Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İndiyə qədər ona göz açmağa imkan vermirdilər”


Xəbər verdiyimiz kimi bu gün “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin doğum günüdür.
 
Moderator.az-ın əməkdaşı Azərbaycan mətbuatında misilsiz xidmətləri olan Arif Əliyevlə bağlı professor Qulu Məhərrəmlinin və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının fikirlərini öyrənib.
Qulu Məhərrəmli Arif Əliyevin mətbuat sahəsindəki xidmətlərindən və dostluqdakı sədaqətindən danışıb:
 
“Arif Əliyev müstəqillik dövrümüzün bizim jurnalistika səhnəsinə çıxardığı ən sanballı, ən istedadlı, ən bacarıqlı şəxsiyyətlərindən biridir. Düşüncə etibarilə tamamilə yeni adamdır. Ona görə də Azərbaycanda yeni mətbuatın, media prinsiplərinin bərqərar olmasında, yazılmasında Arif Əliyev müstəsna rol oynayıb. Onun yaratdığı və idarə etdiyi “Yeni Nəsil” Jurnalistlər Birliyi, Bakı Mətbuat Klubu və onun nəşrləri, onun mətbuat aləminə gətirdiyi yeniliklər, Avropa, qərb mediasının prinsiplərinin Azərbaycanın müstəqil mediasının bərqrərar olunmasında, ümumiyyətlə, yeni mətbuatın formalaşmasında oynadığı tarixi rolu heç kim dana bilməz. Bir çox layihələrin müəllifidir, aralarında uğurluları da, alınmayanları da var. Arif Əliyev Azərbaycan mətbuatına “Gün” qəzeti kimi misilsiz ictimai qəzet, Bakı Mətbuat Klubunu bəxş etdi. Onun media düşüncəsi ziddi adamların əlinə keçdi və Mətbuat Şuarsını yalnış istiqamətə yönəltdilər. Amma bununla yanaşı Arif Əliyev deyəndə yeni media, böyük bir şəxsiyyət, istedadlı bir adam göz önündə canlanır. O, istedadlı adamdır, gözəl qələmi, təfəkkürü var. Onun yazdığı bədii əsərlər, bədii publisistik materialların hamısı bizim ədəbi publisistik düşüncələrimizin məhsullarıdır. Gözəl idarəçiliyi, dostluğu var, misilsiz dərəcədə dostluğa, prinsiplərə sadiq insandır. Yeganə adamdır ki, onu öz prinsiplərindən döndərmək olmaz. Ona görə öz prinsiplərini qoruyan adam kimi heç vaxt güzəştə getmir, hətta ən yaxın dostlarına belə. Ona görə hesab edirəm ki, Arif Əliyev bizim azad müstəqil mətbuatımızın təmsilçilərindən, ifadəçilərindən biridir. Mən Arifi doğum günü münasibətilə təbrik edirəm. Onun indi çox planları var. Çox şükür ki, Bakı Mətbuat Klubunu canlandırmaq imkanı əldə etmişik. İndiyə qədər bir neçə müstəqil düşüncəsi olan adamlara və o cümlədən də Arif Əliyevə göz açmağa imkan vermirdilər. İndi o şərait qismən yaranıb, Bakı Mətbuat Klubunu idarə edir və planlarımız var. Arif arzu edirəm ki, o planları yerinə yetirsin, bunun üçün ona can sağlığı, tükənməz enerji və yoluna davam etməsini arzulayıram”. 
Elçin Şıxlı isə Arif müəllimlə uzun ilin dostları olduqlarını bildirib və ona çox böyük dəyər verdiyini deyib:
 
“Arif müəllim mənim çox yaxın dostumdur, qardaşımdır. Çox dəyərli bir jurnalistdir, insandır. Özəlliyi olan bir insandır. Müasir jurnalistikamıza verdiyi töhfələrin qiymətini bəlkə də sonradan biləcəyik. Arifin Allah canın sağ eləsin, hələ planları çoxdur. Azərbaycan, jurnalistikamız üçün çox şeylər etməyə qadirdir və bu fikirləri də var. Ona uğurlar arzulayıram və təbii ki, planlarının həyata keçməsində nə köməklik lazımdırsa, həmişə yanında olacam. Mən də və digər dostları da onun haqqında ancaq bunları düşünür. Doğum günü mübarək olsun”

Moderator az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10