Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ən böyük arzum, ən böyük xobbim insanları sevindirməkdir


“Masallının tarix və mədəniyyət abidələri” kitabı çap ərəfəsində

Cenub.az-ın əvvəldən xəbər verdiyi kimi tədqiqatçı-tarixçi İldırım Şükürzadənin və araşdırmaçı jurnalist Zahir Əmənovun müəllifliyi ilə hazırlanmış kitab artıq nəşriyyata təqdim olunub . Xatırladaq ki, bu, kitab müəlliflərin birgə işlədiyi 2-ci kitabdır. Bundan əvvəl müəlliflər “Bu qala bizim qala” kitabını oxuculara təqdim etmişdi. Yeni kitabda müəlliflər Masallının 300-dək abidəsi- məscidləri, ziyarətgahları,  kurqanları, nekropolları, bulaqları.... haqqında ciddi mənbələrə əsaslanan məlumatlar təqdim edir. Artıq nəşriyyata təqdim olunmuş kitabın dəstəkçisi “ Regional hüquq  və İqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovadır. Arzu xanımın kitaba yazdığı ön sözü sizə təqdim edirik:

Ən böyük arzum, ən böyük xobbim insanları sevindirməkdir

Masallımızı sevək, gözəlləşdirək, gözəl əməllərimizlə, dəyərli oğullarımızla tarix yazaq, bütün hallarda Masallının gözəl tarixini yaradaq.

Belə düşünürəm ki, dünyada insanları sevindirməkdən, onlara fərəh verməkdən dəyərli heç nə ola bilməz. Təbii ki, insan sevindirməyin də özünə məxsus özəllikləri var.

Bir var bir nəfəri, yaxud bir neçə nəfəri sevindirəsən, bir də var hər hansı addımınla yüzləri, minləri sevindirəsən.

Eşidəndə ki, dəyərli ziyalılarımız tədqiqatçı-tarixçi İldırım Şükürzadə və araşdırmaçı-jurnalist Zahir Əmənov doğma Masallı rayonunun tarixi və mədəniyyət abidələri haqqında kitab hazırlayır bu mənim böyük marağıma səbəb oldu. Mən bu iki ziyalımızın yaradıcılığı ilə çoxdan tanışam, İldırım Şükürzadənin 10-a yaxın tarixi araşdırmaların məhsulu olan kitabları, jurnalist Zahir Əmənovun regionumuzun unudulmaz ziyalıları, eləcə də bölgənin tarixi, iqtisdaiyyatı, problemləri, qayğıları ilə bağlı özünəməxsus koloritli dillə təqdim etdiyi yazılarını çoxdandır ki, böyük maraqla izləyirəm. Bu iki ziyalını bir arada görəndə olduqca sevindim. Onların birgə işi olan Cənub–şərq bölgəsinin qalaları ilə bağlı  “Bu qala bizim qala” kitabına dəstək olmaqda isə həqiqi mənada qürur duydum.

Hazırda isə masamın üstündə yenə bu 2 ziyalımızın birgə ərsəyə gətirdiyi “Masallının tarix və mədəniyyət abidələri” kitabının əlyazmasıdır. Olduqca böyük zəhmətin bəhrəsi olan bu kitabda Masallının 300-dək abidəsi- məscidləri, ziyarətgahları,  kurqanları, nekropolları, bulaqları.... haqqında mükəmməl, ciddi mənbələrə əsaslanan  məlumatlar verilir. Təkcə onu xatırladım ki, bu kitabda Masallı abidələri ilə bağlı 200 rəngli şəkil yer alıb. 

Bu kitabı oxuyan insan sanki Masallının kemişindən bu gününə canlı səyahət edir.

Hörmətli İldırım müəllim və Zahir müəllim, sağ olun ki,  bu gün çoxlarının tariximizə bir qədər biganə olduğu bir məqamda belə zəhmətli işın altına çiyin verdiniz. Ortaya olduqca dəyərli  kitab qoydunuz.

Bu kitab təkcə Masallı, masallısevərlər üçün yox, Masallıya turist kimi, yaxud adi qonaq kimi gələn hər kəs üçün dəyərli bir hədiyyə olacaq.

Yeri gəlmişkən, bir məqama da toxunum. Cenub.az saytında əldə etdiyim bilgiyə görə millət vəkili Məşhur Məmmədovun təşəbbüsü yaxın dəstəyi ilə, Nurəddin Ədiloğlunun müəllifliyi ilə Masallının 2-ci Qarabağ şəhidləri ilə bağlı çap olunmaq ərəfəsindədir. Bundan əlavə yenə Məşhur müəllimin təşəbbüsü və Masallı Təhsil Fondunun dəstəyi,  Zahir Əmənovun redaktorluğu, dəyərli ziyalılar Xudoşirin Cəbiyev və Alzaman Baxışın müəllifliyi ilə çox mükəmməl “Masallı ensiklopediyası” hazırlanır.

Bütün bu işlərə görə, tariximizə sayğı göstərən hər kəsə təşəkkürlərimi bildirirəm.

Yazımın sonunda bir daha “Masallının tarixi və mədəniyyət abidələri” kitabına qayıtmaq istəyirəm. Bu  kitab “Masallı ensiklopediyası” toplusuna dəstək olmaqla yanaşı, həm də Masallının dünənə və gününə güzgü olacaq bir kitab olacaq. Məhz belə bir kitabın çapına dəstəkçi olduğum üçün özümü xoşbəxt sayıram.

Bir daha hamınıza uğurlar arzulayıram. Masallımızı sevək, gözəlləşdirək, gözəl əməllərimizlə, dəyərli oğullarımızla tarix yazaq, bütün hallarda Masallının gözəl tarixini yaradaq.

Arzu Bağırova, Regional hüquq və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10