Yaxud koreyalılar masallıları necə təəccübləndirdi?

Xəbər vermişdik ki, noyabrın 7-də Masallıda Koreya musiqiçilərinin iştirakı ilə “Koreya nəfəsi” adlı konsert olacaq. Vəd edilən konsert deyilən vaxtda Masallı Olimpiya İdman Kompleksində baş tutdu.

Çünki, az qala fərqli bir dünyanın təmsilçiləri olan koreyalılar çox fərqli mədəniyyətlərə malik olmağımıza baxmayaraq çox maraqlı və peşəkar ifalarla əsl musiqi duyanları heyran etdilər.
muşdu. Konsert öncəsi Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri tamaşaçıları salamladı.
Daha sonra 90 dəqiqəlik maraqlı konsert proqramı izlənildi.
Koreyalılar masallıları nələri təqdim etdi?

Konsert Munqut-la başladı. Tamaşaçılara təqdim olunmuş proramından bəlli olurdu ki, munqut təbir başlamazdan öncə küçə festivallarında olduğu kimi konsert yollardan başlanır.
Koreyaalılar elə belə də etdilər. yüksək səslə oxuya-oxuya “Açın qapıları. Açın qapıları” Biz tərəfin generalları! Biz insanlar bu qapıdan daxil olanda dünyanın bütün sərvətləri bizim ayağımıza gələcəklər” deyə haray salırlar.

təzim edib Binari ifasına başlayırlar. Bu isə dini mərasim və Şaman nəğməsi sayılır.
Koreyalılar zərb alətlərindən, haylı-küylü musiqilərdən, parlaq, al-əlvan geyimlərdən çox istifadə edirlər. Hər bir ifa isə 10-16 dəqiqə çəkir. Onlar təkcə mahnı oxumur, teatrlaşdırılmış səhnələr göstərir, olduqca orijinal rəqslər edirlər.
Elə Masallıdakı tədbirdə də ifa olunan “Yelpik rəqsi”, “Tepyonqumi” rəqsləri belələrindən idi. Koreya xalq mahnıları da maraqla qarşılandi.
Tədbirin ən çox yadda qalan və tamaşaçıları təəccübləndirən məqamı isə Koreya musiqiçilərinin Azərbaycan Dövlət Himnini ifa etmələri idi.
Konsertin sonluğu olduqca möhtəşəm idi və haqlı olaraq sürəkli alqışlarla qarşılandı.


Tədbir İdman Kompleksinin həyətində maraqlı konsert proqramı ilə başa çatdı.
Həzin bir payız axşamında masallılar koreyalı ifaçıların timsalında sirin bir yaz havası yaşr.
Kaş belə tədbirlər çox olaydı.
Təşkilatçılara təşəkkürlər.
(Konsertdən fraqmentlər Azərbaycanın televiziya kanallarının axşamkı xəbər proqramlarında bu gün göstəriləcək)
Aynur