Bu gün bir sıra Rusiya KİV-ləri, Əfqanıstandan bir neçə partiya qaçqın Bakı hava limanına gəldikləri barədə saxta xəbər yayıb. Məlumata əsasən bu qaçqınların Qarabağda yerləşdirilməsi planlaşdırılır.
Belə bir "sensasiya"nın mənbəyi, "War Gonzo" Telegram kanalının yaradıcısı bədnam Semyon Peqov idi.
Virtualaz.org bundan əvvəl dəfələrlə Vətən Müharibəsi illərində Qarabağdakı erməni separatçılarının əsas ruporuna çevrilən bu rusiyalı "jurnalisti" ifşa edirdi. Azərbaycanla bağlı feyklərin əsas yaradıcılarından olan Peqov, artıq "Qarabağdakı Suriya silahlıları" və "Hadrutda azərbaycanlılar yoxdur" kimi memə çevrilmiş feyklərin müəllifidir.
“Əfqanlar Azərbaycan hava limanındadır", - anonim istifadəçi bu gün saat 12:51 -də Peqova yazır.
9 dəqiqədən sonra Peqov ona cavab verir: “Mən bunu qəbul etdim. Detallar varmı? Əla xəbərdir".
Anonim müəllif deyir ki, "xəbərin" heç bir təfərrüatları yoxdur, lakin bu, Peqovu saxlamır.
Semyon Peqov
“Əla yazıdır. Ümumi işə töhfə vermək mənim üçün şərəfdir ", - Peqov yazır və Ermənistan bayrağı şəklində emoji əlavə edir. Və bir neçə dəqiqə sonra onun kanalında əfqan qaçqınların Bakı hava limanına gəlməsi ilə bağlı saxta xəbər peyda olur.
Bir az sonra, tələsik hazırlanan və təsdiqlənməmiş "xəbərlər" "Moskovski Komsomolets"də daxil olmaqla Rusiya mediasında dərc olunur. Və heç kimin videonun etibarlılığından şübhəsi yaranmır. Halbuki, açıq-aydındır ki, videodaki hava limanının Bakı hava limanına heç bir aidiyyatı yoxdur.
Bu kimi hallardan sonra, qərara gəlmək olar ki, Rusiyada peşəkar jurnalistika praktiki olaraq tükənib və bu ölkədəki informasiya sahəsini Peqov kimi trollar idarə edir.
virtualaz.org