Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Taliblər qadını edama məhkum etdi, qızlarını da silahlılara satdı - İnanılmaz


Qadınlara təhlükəsiz həyat söz verdiklərinə baxmayaraq, “Taliban” bir qadını qiyabi olaraq ölüm hökmünə məhkum edib. Həmin əfqan qadına bu cəza onu bıçaqlamaq istəyən, qızlarını taliblərə köləliyə satan keçmiş ərindən Hindistana qaçdığına görə verilib.
 

 
Hazırda Yeni Dehlidə yaşayan qadın mətbuata özünü Həyat kimi təqdim edib. Hindistanın “IANS” nəşrinin yazdığı kimi, hazırda Həyat idman məşqçisi işləyir və özü ilə qalan iki uşağını böyüdür. “Taliban” üzvü olan əri bu iki uşağı da din yoldaşlarına satıb, lakin Həyat qızlarını xaricə qaçırda bili
 
Həyat jurnalistlərə bildirib ki, toylarından bir müddət sonra ərinin hazırda ölkəsində hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının fəallarından biri olduğunu bilib.  Qadın danışıb ki, əri dəfələrlə onun üstünə biçaq çəkib, və qadının üzündə, boynunda və qollarında olan biçaq izləri buna sübutdur.
 
Ərinin taliblərə satdığı iki qızının taleyi haqqında Həyat ağlaya-ağlaya danışır. Onların acı taleyi haqda heçnə bilmir. O deyib ki, Hindistana digər iki qızını xilas etmək üçünm qaçmaq məcburiyyətində olub. Axı keçmiş əri bu iki uşağı da taliblərə satıb. Həyat Əfqanıstana heç vaxt qayıda bilməyəcəyinə əmindir, çünki yaxşı bilir ki, taliblər onun ərinə pul ödədikdən sonra, bu uşaqları da onlara m əxsus olduğunu düşünürlər.(virtualaz.org)
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10