“İslam dövləti” Kabildəki terror aktlarına görə məsuliyyəti üzərinə götürdü. “İŞİD” eyni zamanda “Taliban”ı ABŞ Silahlı qüvvələri ilə əməkdaşlıqda ittiham etdi. Ən azı casusların və digər kollaborasionistlərin təxliyəsi məsələsində.
Kabil hava limanında toplaşmış qaçqınları hamı yada saldı. Ancaq onu unutdular ki, xaotik şəkildə binadan uçuş sahəsinə yerdəyişən adamların mərəkəsi terrorçular üçün ideal hədəfdir. Yalnız hazır “canlı bombalar” çatışmırdı - onlar isə “İŞİD”-də həmişə yetərincədir.
Kabil hava limanında toplaşmış qaçqınları hamı yada saldı. Ancaq onu unutdular ki, xaotik şəkildə binadan uçuş sahəsinə yerdəyişən adamların mərəkəsi terrorçular üçün ideal hədəfdir. Yalnız hazır “canlı bombalar” çatışmırdı - onlar isə “İŞİD”-də həmişə yetərincədir.
Mümkün terakt haqda hamı xəbərdarlıq edirdi. Real olaraq onun qarşısını almaq mümkündürmü? Budur əsas sual. Faciədən bircə gün əvvəl məlumat sızdırıldı ki, amerikalılar və onların NATO-dakı müttəfiqləri hava limanının ərazisində nizam yaratmaq işinə taliblərin özlərini cəlb ediblər. Yəqin, bu, “İŞİD-Xorasan” planlayıcılarının artıq partlatmaq qərarını verdikləri an idi.
İdeoloji effekt alındı, belə ki, əvvəldən üç məqsəd güdülürdü. Birincisi - 20 il ərzində əfqan xalqına iztirab verməkdə ABŞ-a kömək etmiş “satqınlar”ı cəzalandırmaq. İkincisi - sülh təminatı ilə ölkəni tərk edən amerikalıları öldürmək. Üçüncüsü - qayda-qanun yaratmaqda aciz talibləri etibardan salmaq.
“İşidçilər” isə tər-təmizmişlər. Onlar nizamsız bombardmanlar və “təmizləmə əməliyyatlar”ı zamanı öldürülən yüzlərlə, minlərlə insanın qisasını alır, satqınları məhv edirlər. Və taliblərlə də savaşa hazırdırlar. Çünki, taliblər də “kafirlər”lə danışığa getməklə və ümumdünya cihadından imtina etməklə bir qədər satqındırlar. Bir sözlə, bütün digər islamçı qruplar - “Əl-Qayda”, uyğur separatçıları və s. - bizim bayrağımız altına keçin və biz mübarizəni davam etdirməyə hazırıq. Üstəlik, heç bir zəmanət də yoxdur ki, “Taliban” sizə Əfqanıstanda qalmağa icazə verəcək.
Maraqlıdır ki, İŞİD”in bu çağırışının taliblərin bir hissəsi tərəfindən də qəbul olunması ehtimalı var. Axı onların bəziləri elə indidən özlərinə sual verirlər: «Nəyin uğrunda savaşdıq? Qanımızı niyə tökdük? Biz işğalçılarla və milli satqınlarla savaşanda başqaları şəhərlərdə oturub haramla məşğul olurdular - indi isə onları öldürmək və əmlakını talamaq olmaz, bizdən ölkədən qovduqlarımızın mənafeyinə xidmət edən hansısa “düzgün” davranış tələb olunur».
“İŞİD” Kabil hava limanındakı terror aktı ilə “Taliban”a aşkar çağırış edir və məzmunca özünün taliblər əleyhinə müqavimətin mərkəzi olduğunu göstərir. Və əgər əvvəllər bu qruplaşma Pakistanla sərhəd rayonlarda və şimalda, o cümlədən Cauzcan və Fəryab əyalətlərində öz mövqelərini möhkəmlətməklə, yeni tərəfdarlar cəlb etməklə və narkotrafik kanallarına yiyələnməklə məşğul olaraq taliblərə qarşı açıq silahlı qarşıdurmadan qaçırdısa, hazırda əsl müharibə elan edir.
Taliblərin dünənki üstünlüyü - hakimiyyətə qarşı partizan müharibəsi indi onların özlərinə qarşı yönəlib. Artıq taliblər hakimiyyətdir və partizanlarla mübarizə aparmalıdırlar. Təkcə silahlı metodlarla yox, həm də sosial-iqtisadi üsullarla. Üstəlik, beynəlxalq ictimaiyyətin rəyini də nəzərə alaraq.
Və əgər taliblər hakimiyyət olaraq hansısa qaydalara əməl etməlidirsə, “İŞİD”in bu cür öhdəliyi yoxdur. Üstəlik, qəddar və ekstremist hərəkat imiclərini bacardıqca qorumalıdırlar. Onlar bunu ötən il Kabilin şiə rayonundakı doğum evində qırğın törədərək 16 ananı və yeni doğulmuş körpəni öldürəndə təsdiqləyiblər.
“Postamerika Əfqanıstanı” tarixinin səhifəsi bütöv bir fəsilə çevrilib, onun əsas məzmunu isə taliblərlə “cihad beynəlmiləl”inin mübarizəsindən ibarət olacaq. Talibanın rəhbərləri heç də duyğusal adamlar deyil və uduzmaq niyyətləri yoxdur. Birbaşa silahlı toqquşmalarda onlar dövri olan “İŞİD-Xorasan”ı darmadağın edirlər.
Ancaq qarşı tərəf də ölməyə hazırlaşmır. Odur ki, mübarizə əsl əfqan ənənələri ilə aparılacaq: kim sağ qalsa, Əfqanıstanı əldə edəcək. Həm də bütövlüklə. Uduzanı isə dəfn edib unudacaqlar.
virtualaz.org
Müəllif: İgor Pankratenko