Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sərdar Cəlaloğlu:- 2 əsərimi Nobel mükafatına təqdim etmişəm


Cənub Xəbər TV-nin növbəti qonağı Demokrat partiyasının sədri, “Hüriyyət” qəzetinin təsisçisi, 2 dəfə prezidentliyə namizəd olmuş  Sərdar Cəlaloğludur.

Sərdar müəllim bu verilişdə hansı məqamlara toxundu? Onun dediklərindən:

-Bizim insanlar radikal mübarizəyə hazır deyil, hələ də Koroğlunu özlərinə qəhrəman , Nigarı, Həcəri nümunə sayırlar;

- mən özümü iqtidardan da, müxalifətdən də daha yüksək dəyərlərə xidmət edən adam sayıram;
-insan bir nöqtədə dayana bilməz - ya irəli, ya  getməlidir getməlidir, ya geriyə;

-müxalifət ona görə birləşə bilmir ki, digərlərindən yüksəkdə duran lideri yoxdur. Bərabər insanlar sırasından lider seçmək çox çətindir?

- Rusiyada baş verən neqativlər bizdə daha pis formada baş verir:

-zaman olub bir çox 15 əsr düşüncəsi ilə yaşayıb;
-bizim çoxumuz hələ də sovet düşüncəsi ilə yaşayırıq;
- İnformasiya üzərində kim hakimdir, o da udur. Biz ya həqiqəti demirik, ya onu yalan donuna bükürük, ya da aşkarlıqdan qaçırıq. Aşkarlığın olmaması isə almanı içəridən qurd yeməsinə bənzəyir, heç kim bunu görmür.
- Ermənistanda minimum əmək haqqı yüksəkdir, amma deyirik ki, bizim gəlirlər ondan çoxdur. Bu necə olur? Çünki həmin gəlirlər xalqa sərf olunmur.
Insanlar siyasiləşib, amma aktivləşməyib. Haqların tələb etmir.

-Özləri üçün qorxu sədləri yaradıblar. Naxçıvanda olanda çoxu deyir ki, danışsaq tutarlar, deyirəm necə nəfəri tutublar, deyirlər heç kimi.

Verlişi izləmək üçün link burda:
[media:https://youtu.be/Pq9MsZkBh0k]





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10