Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İki əsr öncə Lənkəranda minlərlə əhalini, o cümlədən qız gəlini 6 saat ərzində kimlər və niyə qətlə yetirdi? (Talış xanlığının tarixi ilə bağlı möhtəşəm kitab ilk dəfə Azərbaycan dilində)


Bu kitabda talış xanlığının tarixi, Mir Mustafa xanının ruslarla ilişkiləri, Kotlyarevski və Sadıq xanın məktublaşmaları ilə bağlı çoxlarını heyrətləndirəcək materiallar yer alıb 
 

Görkəmlili ictimai-siyasi xadim, Azərbaycanın ilk etnoqrafı, folklorşünası, tarixçisi, regionşunası, yazıçısı Teymur bəy Məmmədbəy oğlu Bayraməlibəyov 1862-ci ilin avqust ayının 22-də Bakı quberniyası Lənkəran qəzasının Yeddioymaq kəndində (indiki Masallı rayonunun Yeddi-oymaq kəndində) anadan olmuş, 1937-ci ildə Bakı şəhərində vəfat etmişdir.   
 
Onun XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində     qələmə aldığı materiallar talış, eləcə də bütövlükdə Azərbaycan etnoqrafiyası, folkloru və tarixinin öyrənilməsi üçün  əvəzsiz bir mənbə sayılır. T. Bayraməlibəyovun seçilmiş əsərləri tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtibatı və ön sözü ilə rus dilində nəşr edilmişdir. (Теймур бек Бай рамалибеков - «Избранные произведения». «Елм  ве техсил». Баку - 2012. стр. 29-67.) . 

Bunların içərisində “Talış xanlığının tarixi” adlı publisistik oçerk xüsusi çəkiyə və dəyərə ma likdir. Həmin oçerk tarix üzrə fəlsəfə doktoru İradə Məmmədovanın qələmə aldığı “Lənkəran xanlığı Birinci Rusiya-İran müharibəsi dövründə” (Bakı. “Elm” nəşriyyarı - 2007-ci il. səh. 199-232) adlı kitabında da rus və Azərbaycan dillərində verilmişdir. 
Son günlərdə həmyerlimiz yazıçı-publisist, yurnalist - araşdırıcı Xodaşirin Cəbiyev (Cabbari) T. Bayraməlibəyovun qələmə aldığı “Talış xanlığının tarixi” adlı publisistik oçerki rus dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab şəklində nəşr etdir-mişdir. Kitab aşağıdakı redaksiya heyəti tərəfindən nəşrə hazırlanmışdır:
        
  REDAKTOR:                   Ataxan Vəli Əbilov
 Hüquqşünas, beynəlxalq hüquq üzrə ekspert, 
hüquq müdafiəçisi, yazıçı-publisist
TƏRCÜMƏÇİ VƏ
TƏRTİBÇİ:Xodaşirin Cəbiyev (Cabbari)
Yazıçı-publisist, jurnalist-araşdırıcı
RƏYÇİ:Nəriman Ağazadə
Tarixçi-etnoqraf, arxeoloq, yazıçı
MƏSLƏHƏTÇİLƏR:Musarza Mirzəyev
Tarixçi-etnoqraf, yazıçı-publisist, Əməkdar müəllim
İldırım Şükürzadə
Tarixçi-tədqiqatçı, yazıçı

Kitab aşağıdakı bölümlərdən ibarətdir:

1. Teymur bəy Bayraməlibəyovun həyat tarixçəsi 
2. T. Bayraməlibəyovun övladları haqında məlumat
3. Qiymətli mənbə (Ön söz)
4. Talış xanlığının tarixi
- Kotlyarevski və Sadıq xanın məktublaşması 
- Sadıq xan Qacarın Kotlyarevskiyə cavab məktubu
- Qalanın top atəşinə tutulması və Kotlyarevskinin
- Sadıq xana ikinci məktubu
- Hadisələrin sonrakı gedişi 
- Mir Mustafa Xanın vəfatından sonra baş verən hadisələr
5. Talış xanlarının nəsil şəcərəsi     
     Yuxarıda adı çəkilən kitabın sonunda “Talış xanlığı”nın rus müəllifləri tərəfindən 1825-ci ildə tərtib edilmiş xəritəsi verilmişdir. 
     Talış xanlarının nəsil şəcərəsi barədə məlumatlar Əlövsət Talışxanlının qələmə aldığı “Talışxanovlardan bir nəsil. Xan Sayad.” (”Çənlibel” nəşriyyatı. Bakl - 2001) adlı kitabdan götürülmüşdür.
     Oxucuların diqqətəinə onu çatdırırq ki, yaxın günlərdə “Cənubxəbər.az tv-də T. Bayraməlibəyovun həyat və yaradıcılığı haqqında ayrıca veriliş tamaşaçıların diqqətinə çatdırılacaq.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10