Dünən axşam saatlarında Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində Xəzər dənizinin nəzarətsiz hissəsində batan 21 yaşlı gəncin meyidi sudan çıxarılıb.
Axtarış işlərində yerli sakinlər aktiv iştirak edib.
Axtarış işlərində yerli sakinlər aktiv iştirak edib.
Xəzər dənizində batan şəxsin kimliyi məlum olub.
Reportun Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində sahilin nəzarətsiz hissəsində baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Məlum olub ki, dənizdə batdığı deyilən şəxs 2000-ci il təvəllüdlü, Biləsuvar rayon Əsgərabad kənd sakini Mahir Ramin oğlu Paşayevdir. O, yaxınları ilə birlikdə Lənkərana istirahətə gəlib. Hadisə baş verən zaman onun yanında bir neçə yeniyetmə uşaq da olub. Onların deməsinə görə Mahir ani bir vəziyyətdə müvazinətini itirib. Suda batıb-çıxmağa çalışıb. Lakin onun sudan çıxmadığını görüb kömək istəyiblər. Dəniz sahilində olan sakinlər 4 nəfər yeniyetməni xilas ediblər. Hazırda xilasedicilər və kənd sakinləri axtarışları davam etdirirlər.