Cenub.az xəbər verir ki. 28 avqust səhər çağı Masallı rayonunun Xıl kəndində bıçaqlanma hadisəsi baş verib.
1985-ci il təvəllüdlü kənd sakini Ağayev Ariz Ceyhun oğlu münaqişə zəminində 1991-ci il təvəllüdlü həyat yoldaşı Elza Ağayevanı özlərinin yaşadığı evdə bıçaqlayıb. Bir neçə bıçaq yarası almış qadın Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Verilən məlumata görə vəziyyəti ağırdır.
Ailənin 2 azyaşlı övladı var.
Hadisəni törədən Ariz Ağayev əvvəllər zərgərliklə məşğul olsa da, son vaxtlar taksi xidməti göstərirmiş. A. Ağayev saxlanılıb. Masallı polisinin və proqulluğunun işçiləri hadisə yerindədir, araşdırma gedir.
Onu da xatırladaq ki, son aylarda Masallıda 10-dan artıq bənzər hadisələr baş verib.
Zahir Əmənov. Cenub.az