Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünən Xəzərin Lənkəran sahilində boğulan Paşazadə Mahir Ramin oğlu kimdir?


Dünən Xəzərin Lənkəran sahilində boğulan Paşazadə  Mahir Ramin oğlu kimdir?

Cenub.az-ın Lənkəran şəhəri üzrə müxbiri Elnur Elman oğlunun dünən  gecə saatlarında verdiyi məlumata görə 27 avqust 2021-ci ildə, axşam 18-19 arası Lənkəranın Xəzər    Kənarmeşə kəndinin ərazisində çimərlikdə faciəli hadisə baş verib. Biləsuvar rayonun  Əsgərabad kəndindən bura atası ilə istirahətə gələn 21 yaşlı Paşazadə Mahir Ramin oğlu axşamçağı dənizdə çimərkən  suda batıb. Ərtafdakıların ciddi səyinə, sahil boyu axtarışlarına  baxmayaraq axtarışlar nəticə verməyib. Lənkəranın Kənarmeşə sakini, 1970-ci il təvəllüdlü Nəsirov Qəhrəman Balağa oğlu dəfələrlə suya baş vursa da, onu xilas edə bilməyib.  Hadisə yerinə   FHN-nin əməkdaşları gəlsə də hava qaraldığında lazımi tədbirlər görə bilməyiblər. Hazırda hadisə yerində çoxlu polis işçisi və dənizdən batan şəxsin yaxınlar axtarış aparır.
Mahir 2 bacının yeganə qardaşı idi.
Mahir Paşazadə dəniz sahilinə 56-BX-697 nömrəli maşınla gəlibmiş.
Elnur Elmanoğlundan  səhər 7-30-da aldığımız son məlumata görə hələ ki, Mahir Paşazadənin meyiti tapılmayıb.

Cenub.az. Lənkəran. Elnur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10