Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda polisə bıçaqla hücum oldu - Havaya xəbərdarlıq atəşi açıldı


Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub.

Cəlilabadda polisə bıçaqla hücum oldu - Havaya xəbərdarlıq atəşi açıldı

Mia.az "Report”a istinadən xəbər verir ki, rayon sakinləri - 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.

Mübahisə zamanı həmin şəxslər polisləri təhqir edərək onların üzərinə bıçaqla hücum ediblər. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan havaya atəş açmaq məcburiyyətində qalıb. Bundan sonra A.Əmirov və İ.Qurbanov saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10