Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənistanda bu kəşfiyyat qrupu Bakıya işləyir? - Avakyandan şok açıqlama


Ermənistanda 9 nəfərdən ibarət kəşfiyyat qrupu Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları üçün işləyir və uzun müddətdir ki, vacib xəbərləri toplayır.

Bu sözləri keçmiş Qarabağ separatçılarının keçmiş prezidentinin müşaviri Boris Avakyan erməni mediasına açıqlamasında deyib.

O iddia edib ki, bu qrupun üzvləri Ermənistan və Ukrayna vətəndaşlarıdır.

Avakyan iki ay bu qrupun fəaliyyətini izlədiyini də qeyd edib:

“Qrup müxtəlif dövlət vəzifələrində və hüquq-mühafizə orqanlarında çalışan şəxslərin 20-dək doğmasını “verbovka” etmək üçün aktiv iş aparırdı”.

O, bu barədə rəsmiləri məlumatlandırdığını, ancaq heç bir addım atılmadığını da bildirib.

Baş Prokurorluqdan isə mediaya açıqlama verərək, Avakyanın məlumatlarını araşdırdıqlarını qeyd ediblər.

Axar.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10