Bakı səfərimizdə ölkəmiz vətəndaş cəmiyyətinin tanınmışları Mehman Əliyev, Ələsgər Məmmədli, Sərdar Cəlaloğlu, Xalid Ağəliyev və Bəşir Süleymanlı ilə Cənub Xəbər TV üçün bir-birindən maraqlı müsahibələr aldıq.
Bu günlərdə Bakı şəhərinə, necə deyərlər, yaradıcılıq səfərinə çıxdıq. Səfərimiz həm də onunla əlamətdar idi ki, onun ilk günü kanalımızın baş operatoru, Qarabağ döyüşçüsü Vadim Eyvazoğluna Alov Qüllələri məkanında Caspian Events Groupnun xüsusi mükafatı təqdim olundu.
Bakıda İlk müsahibimiz Media Hüquqları ilə bağlı Avropa Şurasının eksperti Ələsgər Məmmədli oldu. Bu görüşdən 1 saat sonra Demokrat partiyasının qərargahında həmin partiyanın sədri Sərdar Calaloğlu ilə söhbətləşdik.
Gündəmi, necə deyərlər, eninə-üzünə müzakirəsini apardıq.
Bu gün insanların ən ciddi problemlərindən biri də hüququ prosedurların bir çoxundan xəbərsiz olduğu və maddi imkansızlıqdan iddia ərizələrini, bir sıra təşkilatlara müraciətləri lazımi səviyyədə hazırlaya bilməməsidir. Vətəndaş Hüquqların Institutun rəhbəri Bəşir Süleymanlı ilə müsahibədə insanlara göstərilən pulsuz hüququn sirlərini izləyicilərə açıqlayacağıq.
Bəşir müəllimlə söhbətdən sonra isə ölkənin ilk müstəqil İnformasiya agentliyi olan Turan İA-nın direktoru Mehman Əliyevlə görüşə yollandıq. Mehman müəllimlə müsahibədə o, medianın ağrılı problemləri ilə yanaşı 1985-ci ildə, Mehman müəllimin gənclik dövründə, Xəzərin Buzovna sahilində xilasedici işlədiyi vaxtda mərhum prezident Heydər Əliyevlə qeyri-adi vəziyyətdə qarşılaşmasından da söhbət açdı.
Bakıda sonuncu görüşümüz Media Hüquqları qrupunun rəhbəri Xalid Ağaliyevlə Avropa Məhkəməsinə müraciətlərin hazırlanmasından, bu sahədəki hazırkı durumun incəliklərinə qədər məqamlara toxunduq. Xalid müəllim bu müsahibədə olduqca maraqlı rəqəmlər səsləndirdi.
Hər biri təxminin 25-30 dəqiqə olan bu verilişləri bu gün, avqustun 26-dan başlayaraq iki gündən bir, axşam saat 9-00-dan Cənub Xəbər TV internet kanalımızdan izləyə bilərsiniz.
İnanırıq ki, bu verilişlərə maraqla tamaşa edəcək, bəyənmə, paylaşma düyməsini basmağı unutmayacaq, maraqlı rəylərlərinizlə bizi sevindirəcəksiniz.
Həmçinin şərhlərdə bildirsəniz ki, daha kimlərlə, daha hansı maraqlı adamlarla efirimizdə görüşmək istəyirsiniz, buna çox şad olardıq.
Efirdə görüşənədək.
Cənub.az Zahir Əmənov