Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev bu yaxınlarda ölkəsinə dönməzdən əvvəl Moskvadakı elit mənzilini müğənni Filip Kirkorova satıb.
“Novıy vek” nəşrinə istinadən xəbər veririk ki, Akayev Moskvanın mərkəzindəki “Filippovsk” kompleksində yaşayıb. Burada o, ümumi sahəsi 537 kvadratmetr olan ikimərtəbəli penthasu offşor şirkət üzərindən alıb.
Elit yaşayış kompleksi Qoqol bulvarının yaxınlığında, Arbat rayonunda yerləşir. Əsgər Akayevin penthausunun bazar dəyəri təxminən 1 milyard rubldur. Rusiyanın daşınmaz əmlak vahid reyestrində (“Rosreyestr”) göstərilir ki, Filip Kirkorov mənzili 2020-ci il dekabrın 31-də Əsgər Akayevdən alıb. Müğənninin bundan əvvəl həmin yaşayış kompleksində sahəsi 190 və 209 kvadratmetr olmaqla iki mənzili də olub.
Əsgər Akayev “tülpan inqilabı” nəticəsində 2005-ci ildə devriləndən sonra Moskvaya qaçıb və indiyədək orada yaşayırdı. Barəsində axtarış elan edilsə də Rusiya onu ölkənin yeni hakimiyyətinə təhvil verməmişdi. Lakin bu ilin avqustunda Əsgər Akayev gözlənilmədən Bişkekə gedib və Qırğızıstanda Kumtor qızıl yatağı ilə bağlı korrupsiya ittihamları üzrə dindirilib. Əsgər Akayev korrupsiya ittihamlarını rədd edir, amma hər halda Moskvada 13 milyon dollara penthaus almağa pul tapmışdı.
İndiki hakimiyyət Akayevin təhlükəsizliyinə və məhkəmə təqiblərindən immunitetinə təminat verib. İfadə verəndən sonra o, Moskvaya qayıdıb, amma müstəntiqlər tələb etsə yenidən Bişkekə qayıda bilər.
Əsgər Akayevin mənzilini satması ilə bağlı bəzi versiyalar irəli sürülür. İddia edilir ki, Akayev ola bilsin təhlükəsizlik təminatına tam inanmayıb və aktivlərini uşaqlarının adına keçirib. Yaxud Kirkorov ola bilsin mənzilin nominal sahibidir. Digər versiyaya görə Akayev Bişkekə uçub tez də geri qayıtdığına görə, ola bilsin mənzilin satışından əldə etdiyi pulu təhlükəsizlik təminatına görə ödəyib. Əsgər Akayev Filip Kirkorovla daha əvvəldən tanış idi. Rusiyalı müğənni vaxtilə onun oğlu ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızının toyunda oxumuşdu.
“Filippovsk” kompleksində müğənninin keçmiş arvadı Alla Puqaçovanın da mənzili var. Habelə orada Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rzayevin, keçmiş sənaye nazirinin müavini Andrey Reusun, təbii ehtiyatlar nazirinin keçmiş müavini Vladimir Enqelsberqin və Federasiya Şurasının sədrinin oğlu Sergey Matviyenkonun da mənzillərinin olduğu bildirilir.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R.Rizayev “Neft və neft-kimya sintezi” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. 1993-cü il iyulun 3-də Ramiz Rizayev Rusiyada səfir təyin edilib. 2005-ci ildə vəzifəsindən geri cağırılıb.
virtualaz.org