Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həsənovu İstanbulda öz qohumu güllələyib


Bu il iyunun 22-də İstanbulun Küçükçekmece rayonunda 35 yaşlı Azərbaycan vətəndaşı Rişal Həsənovu idarə etdiyi avtomobilin sükanı arxasında güllələyib öldürənlərin kimliyi məlum olub. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu qətllə bağlı 3 nəfər şübhəli şəxs qismində tutulub, onlar avqustun 23-də növbətçi məhkəməyə aparılıb.

İstanbul polisinin əməliyyatçıları qətlin üstünü açmaq üçün videomüşahidə kameralarının görüntülərini təhlil ediblər və hadisə yerindən qaçan iki nəfərin izinə düşüblər. Məlum olub ki, Həsənovun avtomobili svetoforun qırmızı işığında dayanarkən ona yaxınlaşıb açan iki motosikletli hadisə yerindən qaçmağa çalışıblar və ara küçələrdən birində motosikleti yandırmaq istəyiblər. Motosikletin oğurluq olduğu da müəyyənləşib.

Polis müəyyən edib ki, motosikleti idarə edən Türkmənistan vətəndaşı Kurban T. (48 yaş) adlı şəxsdir. Motosikletdən Həsənova atəş açan isə 33 yaşlı Azərbaycan vətəndaşı Raqip H. olduğu bildirilir. Cinayətin motivi olaraq ailədaxili münaqişə göstərilir.

Məlum olub ki, həmin şəxslər Həsənovu hadisə günü oturduğu restorandan təqib etməyə başlayıblar və avtomobili işıqforda saxlayanda onu vurublar. Polis hadisədə əli olan 28 yaşlı Şamil adlı şəxsi də həbs edib.

virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10