Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısı palçığa batdı||--||



Məlumatda onu da vurğulamışdıq ki, kəndin daxili yolları darmadağın olub. Kənd sakinləri dəfələrlə rayon rəhbərliyinə müraciət etsə də, heç bir nəticəsi olmayıb. Cəlilabadın icra başçısı Əziz Əzizov özünü elə aparıb ki, sanki rayonda Üçtəpə adında kənd yoxdur. Problemlə bağlı hətta yuxarı instansiyalara da müraciət edilib. Lakin kənd sakinlərinin bütün ümidləri puça çıxıb və onlar vəziyyətlə barışmağa məcbur olublar.

Bu günlərdə isə sakinlərin sevincinə səbəb olan bir olay baş verib. Düşünməyin ki, rayon rəhbərliyi yol problemini həll edib. Xeyr. Sadəcə hansısa səbəbdən icra başçısı Əziz Əzizovun yolu həmin yerdən keçib. Və onun maşını palçığa batıb. Sürücü nə illah edibsə, maşını palçıqdan çıxara bilməyib. Xəbər yaxınlıqdakı Üçtəpə kənd sakinlərinə çatıb. Kənd camaatı hamı bir nəfər kimi icra başçısının palçığa batmasını seyr etməyə çıxıb. Icra başçısı düşünüb ki, kənd sakinləri ona yardım edər. Amma gözlənilənin əksi baş verib. Sakinlər icra başçısını bu vəziyyətdə görüb çəpik çalaraq, onu hoydu-hoyduya götürüblər.


Azadlıq qəzeti. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10