Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda olan Qamo istirahət mərkəzində koronavirus sürətli yayılır- Vergi xidməti, Qida Təhlükəsizlik Agentliyi hara baxır ?


Qamo "ailəvi" istirahət mərkəzində masaj adı altında müştərilərə nə təklif olunur ?

Qamo ailəvi istirahət mərkəzi kimindir ?

Qamo ailəvi istirahət mərkəzinə hansı yüksək ranqlı məmur krışalıq edir ?

Bildiyimiz kimi koronavirus dünyanı cənginə alıb aparır. Dünya dövlətləri də öz miqyasında koronavirusla mübarizə aparır. Eləcə də Azərbaycan. Cənab Prezidentimiz İlham Əliyevin göstərişləri nəticəsində Azərbaycan xalqı koronavirusdan qismən qoruna bilir. Ancaq ölkəmizdə bəzi qurumlar, restoranlar, şəbəkələr bu göstərişi saymayıb öz bildiklərini edirlər. Belə restoranlardan biri də, Masallı Rayonunun Kubin kəndində yerləşən QAMO ailəvi istirahət mərkəzidir. Burada karantin qaydalarının tələbləri kobud şəkildə pozulur, koronavirusun artmasına şərait yaranır. İşçilərin maskasından tutmuş, müdirlərin maskasına, obyektin girişində olan temperatur ölçən cihaz, masaların, insanların sıxlığı bir sözlə heç nə qaydasında deyil. Görəsən bütün bunları Qida Təhlükəsizlik Agentliyi, Səhiyyə Nazirliyi görmür ?
Obyektin külli miqdarda vergidən yayındığı da deyilir. Görəsən Vergi Xidməti hara baxır ?
Maraqlıdır ki, Masallıda dövlət qurumlarının başı nəyə qarışıb ?

Məlumdur ki, Masallıda bunlara dur deyə biləcək bir məmur yoxdur. Yəqin tapılar...
Qalanını buraxırıq Masallıda xidmət göstərən dövlət qurumlarının ixtiyarına....
Xatırladaq ki, Qamo ailəvi istirahət mərkəzi uşaq ölümləri ilə ölkə gündəmini zəbt etmişdi.
Növbəti yazımızda Qamo ailəvi istirahət mərkəzindən geniş reportaj hazırlamağa çalışacağıq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

gundelik baki.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10