Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aptekdən “yayılan” qorxulu "qara qızdırma" epidemiyası... - Həkimdən açıqlama


"Azərbaycanda daha bir təhlükəli və yolxucu virus yayılıb”.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xəstəlik əvvəl boğazdan tutur, oradan sinəyə keçir, insanı halsızlaşdırır, sonra da qızdırmaya çevrilir və bir neçə sistem vurulandan sonra sağalır.

Məlumatda xəstəliyin bütün Bakıya yayıldığı da vurğulanıb. Məlumatı yayan sosial şəbəkə istifadəçisinə bu haqda apteklərdən birində satıcılar xəstəliyin adının "Qara qızdırma" olduğunu deyiblər. Satıcılar bildiriblər ki, bu xəstəlik koronavirus və "Delta" ştammından da ağır və tez yoluxucudur.

Tibbi ekspert, professor Mübariz Əliyev açıqlamasında bu məlumatın şayiə olduğunu deyib:

"Rəhmətlik Məmməd Aslan deyirdi ki, "Azərbaycan mediası bizim kəndin örüş sahəsinə oxşayır, kim istəyir inəyini buraxır ora”. Bir az demokratiya veriblər, kim nə istəyir, onu da yazır. Yalan sözdür. Belə bir xəstəlik eşitməmişik, boş söhbətlərdir”.

Sfera.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10