Türkiyədə onu aldadan ərini aşkara çıxarmaq istəyən qadın maraqlı addım atıb.
Xanım iş adamı olan ərini dronla izləməyə başlayıb. Ərinin onu aldatdığı anları lentə alan qadın boşanma qərarı verib.
Türk mediası həmin qadının məşhur simalardan biri olduğunu, adının açıqlanmasını istəmədiyini yazıb. Qadın ərini otellərdən birində əcnəbi gözəllə əylənərkən tutub.
O, bir dron komandası qurub və bütün aldatma anını lentə almağı tapşırıb. Əvvəlcə ərinin restoranda əylənmə görüntüləri, daha sonra isə otel otağındakı halı videoya çəkilib.(oxu.az)