Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə avtomobil dərəyə aşıb, dörd nəfər ağır xəsarət alıb



Lerikdə avtomobil dərəyə aşıb, dörd nəfər ağır xəsarət alıb.

cənub bürosunun verdiyi məlumata görə, Lerik-Orand yolunda Orand kənd sakini İsabala Sarıbala oğlu Əzimovun idarə etdiyi ”UAZ” markalı minik avtomobili idarəetmənin itməsi səbəbindən dərəyə aşıb.

Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri - Müseyib Qafar oğlu Həmidov, qardaşı Ramil və kimliyi hələlik məlum olmayan şəxs ağır xəsarət alaraq Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onları ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Lənkəran RMX-na yola salınıb.

Fakt araşdırılır. (apa)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10