
Vadim Eyvazoğlu yüksək keyfiyyətli çəkilişlərinə görə nəinki rayonda, eləcə də bölgəmizdə ən peşəkar operator kimi tanınıb. Onun yüksək keyfiyyətli çəkilişləri hamı tərəfindən rəğbətlə qarşılanır.
Bu günlərdə isə Caspian Events Group ölkənin bir qrup Qarabağ döyüşçüsü olmuş operatorunu xüsusi mükafatla təltif edib. Cənub bölgəsindən bu mükafata Cənub Xəbər TV-nin baş operatoru Vadim Eyvazoğlu layiq görülüb.
Təqdimetmə mərasimi Bakı şəhərində, Teleqüllədə keçirilib. Mükafatları Caspian Events Groupun rəhbərləri Əlimirzə Ağabəyov və Tural Ələkbər təqdim edib.
Biz də öz adımızdan Vadim Eyvazoğlunu bu uğuru münasibəti ilə təbrik edir, ona yeni nailiyyətlər arzulayırıq.
Cenub.az.