Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Korona Masallıda, bir günə 10 ölü, həyəcan təbili, gileylər, reallıqlar…


Biz bir media qurumu olaraq bu işdə hakimiyyətin yanındayıq. İstər rəhbərlik etdiyimiz cenub.az, masallıda.az, arkivan.az saytlarında, istərsə də Cə+
nub Xəbər tv internet kanalında ümumi işə xeyir verən istənilən məlumata yer ayırmağa, maraqlı şəxslərə təmənnasız efir vaxtı verməyə hazırıq.
------------------------

Korona-virus Masallıda da böyük addımlarla irəliləyir. Hamının – iqtidarın, müxalifətin, dindarın, ağsaqqalın… cəmiyyətə zərrə qədər təsiri olan hər kəsin bu işdə bir nöqtəyə vurması kəskin  zərurət kimi gündəmə gəlib.
Bir çoxların şübhəli, qaranlıq suallar narahat edir-

-Niyə vaksin iynəsininn vurulması pulsuz, maska pulludur?
-Niyə yoluxanlar və ölənlər haqqında rayon-rayon, kəndbəkənd məlumat verilmir?
-Niyə sırf bu işlə məşğul olanların əməyinin ödənilməsində qaranlıq məqamlara yol verilir?

Bu sualların nə qədər obyektiv və haqlı olmasından asılı olamayaraq, biz belə suallara baş sındıran zamanlarda, “hamısı boş şeydir, pul tələsidir” və sair iradlara yol verən məqamda koronavirus yeni-yeni canlar alır.

Redaksiyaya bir neçə mənbədən daxil olan məlumata görə təkcə avqustun 20-də Masallıda koronadan 10 nəfər ölüb. (Onların 1-i Masallıdan, çoxu digər rayonlardan olsa da, Masallı Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 22 avqustda isə 3 nəfər ölən olub ki, 3-də Masallıdandır).

Məlumatda deyilir ki, Masallı Mərkəzi Xəstəxanasında 150-dən artıq koronavirus xəstəsi müalicə alır. Təxminən bundan 2 dəfə çox evlərdə müalicə alanlar var. Elə ailələlər var ki, bir evdə 5-6 nəfər bu xəstəlikdən müalicə alır. Ərkivan qəsəbəsi daxil, Masallının talış kəndlərində yoluxanlar daha çoxdur.

Hamımızın əl-ələ verməsi çox vacibdir. Açıq etiraf edək ki, Masallı rayon icra hakimiyyəti, ərazi nümayəndələri, bələdiyyələr, digər hökumət qurumlarının təmsilçiləri bu işdə gecə-gündüz bilmədən çalışır, fədakarlıq göstərirlər. Tibb işçilərinin zəhməti xüsusi diqqətə və mükafata layiqdir. Masallı Suvarma idarəsi rəisi Rusif KƏRİMOV nəqliyyatla və digər vasitələrlə bu işə daha çox yardımçı olur.

Biz, bir media qurumu olaraq bu işdə hakimiyyətin yanındayıq. İstər rəhbərlik etdiyimiz cenub.az, masallıda.az, arkivan.az saytlarında, istərsə də cənub xəbərtv internet kanalında ümumi işə xeyir verən istənilən məlumata yer ayırmağa, maraqlı şəxslərə təmənnasız efir vaxtı verməyə hazırıq.

70 yaşlı bir qocaman jurnalist, bir ağsaqqal kimi, hamınıza, o cümlədən koronanın daha çox tüğyan etdiyi anadan olduğum, boya-çatdığım Ərkivan qəsəbəsinin sakinlərinə müraciət edir, dönə-dönə xahiş edirəm, tərəddüdlərə son verin, inad etməyin, vaksin vurdurun, vəziyyət olduqca gərgindir, Masallıda isə daha gərgindir.

Hakimiyyətdən də xahişimiz odur ki, heç olmasa bu işdə aşkarlıq edin. Xəstələrin, ölənlərin sayın kəndbəkənd bildirin, biz də yayaq ki, vəziyyətin necə ağır olduğunu hamı hiss etsin. Biz təhlükənin lap yaxında olduğunu görəndə daha çox narahat oluruq.

Hörmətlə Zahir Əmənov. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10