Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. YAP-ın yığılan üzvlük haqları necə xərclənir?


Doğrudanmı, onların hesabında “yatan” 130 min manat xərclənməmiş pulu hara xərcləyəcəklərini bilmirlər? Və digər göz deşən ”Niyə”lər barədə.


Bu günlərdə YAP Masallı Rayon Təşkilatının növbəti hesabat konfransı keçirilib. Xəbəri hazırlayanın “peşəkarlığından” bu hesabatın illik, yaxud 6 aylıq olduğu bilinmir. 4 nəfərin məruzəçi, 3 nəfərin çıxış etdiyi bu konfransda ritorikadan, pafoslu sözlərdən başqa ciddi bir məqama rast gəlmək çox çətindir. Video formatda keçirilən bu konfransda diqqət çəkən bir rəqəm varsa, o da YAP Masallı təşkilatındakı üzvlərin hazırkı sayıdır - 11.363 nəfər.


Bir az boş vaxtım var idi. Vaxtı boşa verməmək üçün, bu 11.363 nəfərin bir aylıq üzvlük haqqını hesablamaya başladım.

Cəmi say: 11.363

Bunun təxminən 1363 nəfərin çıxdım təqaüdçülərə. (Hansı ki, onlar da ən azı ayda 1 manat üzvlük haqq verirlər)

1000 nəfərin, yəni digər 10 min nəfərini çıxdım işsizlərə (belə ki, yerdə qalan üzvlərin 10 faizini. Xatırladaq ki, ölkə üzrə əmək qabiliyyətli işsizlər əhalinin 5 faizni təşkil edir.)


11363-1363-1000= 9 min nəfər

Bu 9 min nəfərin təxminən 5 min nəfərinin (3 min müəllimlər, 1 min tibb işçiləri, 1 min büdcə və özəl təşkiltlarda  çalışanlar) orta aylıq əmək haqqı  təxminən 400  manatdan yuxarıdır. Bunların da adambaşına 1 aylıq üzvlük haqqı təxminən 4 manat edir. Həmin 4 manatı da 5 min nəfərə vuranda 20 min manat edir.


Yerdə qaldı 4 min nəfər. Bu 4 min nəfərin də minimum əmək haqqı ilə, 260 manatdan hesablasaq, onlardan tutulan 2.60 qəpiyi 4 min nəfərə vursaq, bu da edir 10 min 400 manat.


İndi isə yuxrıdakı 20 min manatı (müəllimlərdən, həkimlərdən… tutulan üzlük haqlarını) gələk həmin 10.400 manatın üzərinə. Bu da elədi 30.400 manat. Yuvarlaq olmaq üçün 400-ü də silək, qalsın 30 min manat.


Ay ərzində bu 30 min manatın 5 min manatın çıxaq YAP-ın rayon təşkilatında çalışanların aylıq əmək haqqına,dəftərxana, kommunal (hətta onlar dövlət qulluğuna görə əlavə 1000 manata yaxın maaş alsalar belə) xərclərinə.

Təxminən 5 min manatı YAP-ın yuxarı təşkilatının saxlanması üçün ayıraq.  (Burda da 5 mini 100-ə yaxın rayona vurmaq olar).

Necə deyərlər, bütün toplananları, çıxılanları yerbəyer edəndən sonra ortada hər ay üçün 20 min manat pul qalır. Həmin 20 min manatı da 12 aya vuranda edir 240 min manaat. 40 min manat da sizin Bəzi mənbqara gözlü trollarınıza qurban, bəs hər ilə yığılan təxminən 200 min manatı nə edirsiniz?


Bəlkə də hardasa səhv edirəm. Məsələn YAP-n Masallıdakı sıralarında 1000 yox, 4 min işsiz var?


Hələ ianələrdən də yığılan rəsmi və qeyri-rəsmi pulları nəzərə almamışıq.

Bütün hallarda Təftiş Komissiyasının hesabatında bu rəqəmlər göstərilməliyidi. (Bəzi mənbələr deyir ki, hazırda Masallı YAP-nın hesabında 130 min manat var.) Görərsən, yüzlərlə imkansız üzvü olan təşkilat həmin 130 min manatdan niyə onlara yardım etmir, yaxud 130 min manatı nə edəcəklər?


Yeri gəlmişkən, bir rəqəmi də xatırladım. YAP-ın Masallı Rayon Təşkilatının 11 363 min üzvündən cəmi 40 nəfəri YAP-ın “YENİ AZƏRBAYCAN” qəzetinə abunəçidir. Əgər o qəzeti oxuyan yoxdursa, niyə çap edirlər? Elə icranın öz işçiləri, ərazi nümayəndələrini rəhbərləri, müavinləri, mühasib-məsləhətçiləri, kargüzarlarının sayı 200 nəfərdən yuxarıdır. Deməli, heç  kimin heç kəsin kitabını “oxumadığı” indiki vaxtda bunlar da öz qəzetlərini oxumurlar.

Oxusaydılar, YAP rayon təşkilatının hesabat konfransı belə yorucu, başdansovdu olmazdı.

Bir məqam da maraqlıdır ki, bu konfrans video formatda keçirilirdisə, niyə canlı yayımlanmadı ki, hamı görsün hörmətli masallı YAP-çıları hansı işləri görüblər və görə bilərdilər?

Bəs bu YAP-çılar nələrdən danışmalı idilər, danışmadılar?

1-cisi İcbari Tibb Sığortadan danışıb deyə bilərdilər ki, niyə 8 aydır, təkcə Masallıdan bu təşkilata hər ay əmək haqlarından tutulan 2 faizlərin hesabına təxminən 100 min manat pul köçür, lakin hələ də bu xidmətdən faydalanan kimsəyə rast gəlmirik. Faydası bir yana xəstələrə güzəştli, pulsuz verilən iynə və dərmanların sayı aybaay azalır.

Niyə Masallıdakı, əksəriyyətinin rəhbəri YAP-çı olan 37 bələdiyyə qrumunun heç birinin Feyzbuk səhifəsi yoxdur?


Niyə bəh-bəhlə yaraılan İctimai Şuranın son 3 ayda sadalayacağı bircə iş də yoxdur?


Niyə hazırda həbsdə olan rəhbər işçi olan YAP-çılardan danışılmadı?


Niyə 1 ilə yaxındır ki, yoxlamaların “kommunxoz” adlanan təşkilatdakı biabırçılıqlardan söz açılmadı?


Bu “niyə”lər bilirsiniz nə qədərdir?


Bütün bunlardan danışmaq əvəzinə, sanki burada şəkil çəkdirib paylaşmaq üçün yığışmışdılar.


Nə isə. Söhbət çox uzandı. Kimin sözü, əks arqumenti olarsa, həmin şəxslərə də kanalımızda şans verməyə hazırıq.


Zahir Əmənov. cenub.az


Məlumat üçün Masallı-ih.göv.az saytının bu konfransla bağlı yaydığı xəbəri yazıya əlavə edirik:


YAP Masallı rayon təşkilatının X hesabat konfransı keçirilib


Avqustun 17-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.


Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin hesabat məruzəsi dinlənilib. S.Əliyev bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir.


 S.Əliyev qeyd edib ki, hazırda rayon təşkilatının 11363 nəfər üzvü var. Onların 3543 (31.2%) nəfərini qadınlar, 3416 (30%) nəfərini gənclər təşkil edir.


Sonra YAP Masallı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Baba Həsənov hesabat məruzəsi ilə çıxış edib.
 Müzakirələr zamanı çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, rayon təşkilatının Şura üzvləri - Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədri Vidadi Nəzərov, Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.


 Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.


 Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən  Ə.Tağıyev YAP Masallı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.


 Konfransda YAP Masallı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Masallı – ih.gov.az

Yazını təqdim etdi: cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10