Ərkivanda isə gözlənilən kadr dəyişiklikləri realaşdı
Masallı İcra hakimiyyətində ümumi şöbənin müdiri işləyən, əslən Qızılavardan olan Əzizov İlkin Ədalət oğlu öz ərizəsi ilə daşıdığı vəzifəsindən azad olunub. Onun bu vəzifəni niyə tərk etdiyi, hansı işi hədəflədiyi bəlli deyil. Bəzi məlumatlara görə işin çoxluğundan bezib, bir mahnıda deyilmişkən “deyirlər ki, dözəmməyib zindana”.
Onu da xatırladaq ki, bu yaxınlarda Qızılavar Ərazi nümayəndəsi təyin edilən Əmanət Əzizov onun əmisidir.
Bu arada Ərkivanın Ərazi nümayəndəsi Sabiq Cahangirovun Masallı İdman və Gənclər İdarəsinin rəis təyinatı rəsmiləşdi. Onun yerinə isə Sabiq müəllimin müavini Əhməd Əhmədov təyin olunub.
Cenub.az