Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Polşa İsrailə müharibə elan etdi. İsrail müharibəni qəbul etdi və səfirini geri çağırdı


Müəllif: Valeriy Kantor

 2021-ci il avqustan 14-də, şənbə günü (!!)  Polşa prezidenti Ancey Duda “Restitusiya haqqında qanun”u imzaladı.  Bilmirəm qəsdən, yoxsa təsadüfən, ancaq nasist ölüm düşərgəsində sağ qalanlar, həmçinin Holokostun 6 milyon qurbanının hazırda Kanadadan Avstraliyaya qədər nəhəng ərazidə yaşayan övladları məhz yəhudilər üçün müqəddəs sayılan gündə xəbər tutdular ki, Polşa onların kompensasiya və həm Holokost vaxtı,  həm dəmüharibədən sonrakı illərdə əcdadlarının əlindən alınmış mülkiyyətlərinin bərpası hüququnu əllərindən alıb.

Dudanın imzaladığı qanun nasistlər və Polşanın kommunist rejimi tərəfindən ekspropriasiya olunmuş yəhudi mülkiyyəti ilə bağlı məhkəmə  iddialorının 90 fazinin qapadılmasına aparıb çıxaracaq, həmçinin kommunist rejiminin restitusiya ilə bağlı qərarlarını məhkəmədə mübahisələndirməki imkanlarının qarşısını alacaq.

Yeni qanun iki dövlət arasında tarixin ən böyük gərginliyini yaratdı...

Antisemitizm versiyası
İsrailin etirazlarına, Avropa ittifaqının xəbərdarlıqlarına və ABŞ-ın tövsiyələrinə baxmayaraq, Polşa niyə milyonlarla adamın vətəndaş hüquqlarını kobudcasına və nümayişkaranə şəkildə pozan qanun qəbul edib?  
Niyə Rusiyanı İkinci dünya müharibəsinin tarixini məqsədyönlü şəkildə təhrif etməkdə günahlandıran Polşa mahiyyət etibarı ilə eyni şeyi edir? O, Holokostun tarixini yenidən yazaraq, yüz minlərlə yəhudini qətlə yetirdiyi, başqasının əmlakını taladığı sənədlə sübuta yetirilən polyakları həmçinin nasizmin qurbanı kimi qələmə verir.    

Niyə Polşa seyminin 309 deputatı (bir nəfər də olsun “lehinə” olmayıb, 120 deputat “bitərəf” qalıb) “Restitusiya haqqında qanun”un lehinə səs verib? Halbuki bu cür “qanunvericiliy”in ölkə üçün necə ciddi nəticələrə gətirib çıxaracağının fərqindədir. Belə ki Polşa hətta Avropa İttifaqının üzvlüyündən məhrum ola bilər.  

Polşa özünü nasizmlə bir sıraya qoyur

Gəlin məsələni anlamağa çalışaq.
Dünya cəmiyyətinin yəhudilərə itirdikləri mülkiyyətin qaytarılması ilə bağlı çağırışlarına Polşanın ağrılı reaksiyanı izah edən versiyalardan biri bayağı antisemitizmə söykənir:  “jid”lərə olan genetik nifrət polyakların kollektiv yaddaşında elə möhkəm yer tutur ki, onları düşünülməməmiş ifrat  addımlara sövq edir. Nəticədə bu günün Polşası restitusiya və Holokost illərində müsadirə olunmuş mülkiyyətə görə kompensasiya haqqında milli qanunvericiliyi qəbul etməyən yeganə Avroa Birliyi ölkəsidir.

Beləliklə, “Restitusiya haqqında qanun”un yeganə səbəbi kimi antisemitizm versiyası tamamilə inandırıcı görünür.
1939-cu ilin sentyağrındakı işğal ərəfəsində Polşada 3,3 milyon yəhudi yaşayırdı.  Bu, Avropadakı ən iri yəhudi icması idi və saycaa ölkə əhalisinin 10 faizini təşkil edirdi. Onların əksəriyyəti nasist düşərgələrindən qayıdandan sonra tezliklə Polşanı tərk etdi, çünki, ev və mənzilləri artıq polyaklar tərəfindən mənimsənilmişdi.

Hazırda Polşada 5 min yəhudi yaşayır, onların da əksəriyyəti yaşlı insanlardır.
1989-cu ildə Polşada kommunist rejimi çökəndən sonra itirilmiş mülkiyyətlərin sahibləri fəal kampaniyaya başlayaraq hakmiyyətdən ya mülkiyyətin qaytarılmasını, ya da pul kompensasiyası tələb etdi.. Xarakterikdir ki, söhbət əsasən İkinci dünya müharibəsindəki qarətlərə görə kompensasiyadan yox, müharibən sonrakı illərdə yəhudi mülkiyyətinin növbəti antisemitizm dalğasında polyaklar tərəfindən qanunsuz mənimsənilməsindən gedirdi. ABŞ Dövlət Departamentinin 2018-ci ildə açıqlanan 1946-cı ilə aid məxfi kəşfiyyat hesabatında göstərilir ki, İkinci dünya müharibəsi vaxt və daha sonrakı illərdə polyakların yəhudilərə münasibəti onlara nasistlərin münasibətindən bəzən daha pis olub.
"Şübhə yeri qalmır ki,  - hesabatda bildirilir, - Polşada indiki antisemitizm əhal-ruhiyyəsi  1939-cu ilədək mövcud olmuş sağçı qrupların fəaliyyətinin davamıdır. O vaxt hətta iri siyasi partiyaların da antisemit proqramı mövcud idi …"

Blinkenin etirafı

ABŞ Dövlət departamentinin şefi Entoni Blinkenin Almaniyaya bu yaxınlardakı səfəri zamanı səsləndirdiyi Polşada antisemitizmlə bağlı bəyanatlarını qabaqcadan hazırlanmış saymaq ətindir.

Blinken atalığının tarixçəsini danışır
Blinken özünün atalığı Semyuel Prizarın tarixçəsini xatırladaraq Polşanın Belostok şəhərində yəhudilərin ağır vəziyyətindən bəhs edir. Orada hələ İkinci dünya müharibəsindən xeyli əvvəl yerli fanatiklər sinaqoqları yandırırdı. Atalığının ailəsi həbs düşərgəsində məhv edilib, polyaklar isə nasizmi və yəhudi talanlarını pisləməkdən imtina edirlər:
"Hər şey üzdə idi, - Blinken qeyd edir. - Həmin Polşa şəhərlərində hamı bilirdi ki, oralarda yəhudilər yaşayır. Onlar bilirdilər ki, insanlarla dolu qatarlar hər gün ölüm düşərgələrinə yollanır …  Ancaq əksəriyyət özünü görməzliyə vurur, heç nə etməməyə üstünlük verirdi …"
Yeri gəlmişkən, başqa versiya da var: Polşa “Restutisiya haqqında qanun”u ona görə qəbul edib ki, öz həmvətənlərinin sonrakı nəsillərinə borcları ödəmək iqtisadarında deyil.

Söhbət hansı məbləğdən gedir? Əgər hesablamanı bu ölkə əhalisinin müharibədən əvvəlki sonuncu ildə (1938-ci il) payına düşən adambaşına nominal ÜDM-a görə aparsaq, indiki kursla  Polşanın “yəhudil borcu” bu gün 300 milyard dollardan çoxdur!  Bu isə ölkənin indiki büdcəsinin gəlir hissəsindən 3,5 dəfə çox və ya Polşanın 2020-ci ildəki ÜDM-na bərabərdir.

Aydındır ki, bu,  çox böyük rəqəmdir.  Bununla belə, adambaşına ÜDM 34 min dollara bərabər, iqtisadiyyatının inkişaf sürəti isə Avropa İttifaqında ən yüksək göstəricilərdən birinə malik olan Polşa  b maliyyə yükünün öhdəsindən gələ bilərdi.  Hakim “Hüquq və Ədalət” partiyası Holokost qurbanlarına və onların övladlarına 1,25 milyard dollar ödəyən İsveçrənin nümunəsini təkrarlayaraq  kompromiss tapmağı bacarardı.
Yeri gəlmişkən, Polşa cəmiyyətindəki əsas diskurs İsrailin iddialarının tamamilə qanunauyğunsuzluğuna söykənir və istənilən güzəşti istisna edir. Guya ki, bu güzəşt cəmiyyətdə kapitalyasiya aktı və kollektiv hörmətsizlik kimi qavranılacaq.  Təsadüfi deyil ki, nüfuzlu Polşa həftəliyi Do Rzeczy “Polşa Holokostu” mövzusunu mütəmadi inkişaf etdirərək polyakların vaxtilə həm almanlar, həm də yəhudilər tərəfindən incidildiyini irəli sürür və mətnlərini müvafiq rəsmlərlə illüstrasiya edir.
 
Maskalar atılıb, cənablar!

Bundan sonra təəccüblənməyə dəyməz ki, özünü inadla nasizmin qurbanı kimi təqdim edən və Almaniyadan kompensasiya istəyən Polşa minimum 200 min yəhudinin fiziki məhvində iştirakından imtina edir və yəhudi həmvətənlərinə kompensasiya ödəmək üçün obyektiv səbəbləri görmür.

Polşanın hökumətyönümlü nəşri yəhudiləri hitlerizmlə eyniləşdirir...
Səbəb nədir? Antisemitizm? Xəsislik? Yoxsa ifrat şişirdilmiş milli eqo? Ehtimal ki, hər üçü.
"Yalnız bir şey söyləyə bilərəm, - Seymdə səsvermədən sonra Polşanın Nazirlər Kabinetinin rəhbəri Mateuş Moravetski deyir. - Nə qədər ki mən baş nazirəm, Polşa Almaniyanın cinayətlərinə görə hesab ödəməyəcək. Nə qızıl, nə avro, nə dollar!.."
Cavab olaraq İsrailin Xarici işlər naziri Yair Lapid Varşavadakı səfiri təcili və qeyri-müəyyən müddətə geri çağırır və Polşanın İsraildəki səfirinə yay məzuniyyətini öz Vətənində keçirməyi məsləhət görür: "Polşanın baş naziri faktları bir daha yoxlamalıdır.  Polşa torpağında milyonlarla yəhudi öldürülüb və heç bir qanun bunu yaddaşlardan silə bilməz.  Bizi polyakların pulu maraqlandırmır və buna eyham vurmaq antisemitizmdər.  Biz Holokost qurbanlarının xatirəsi, xalqımızın qüruru üçün mübarizə aparırıq  və dünyanın heç bir parlamentinə məqsədi Holokostun inkar etmək olan qanunlar qəbul etməyə imkan verməyəcəyik!.."

Polşa liderlərinin siyasi xudpəsəndliyi və milli ambisiyaları bu ölkəni İkinci dünya müharibəsində ölçüyəgəlməz itkilər vermiş ölkələr və xalqlarla tarixi cəbhədə ağılsız müharibəyə sürükləyir. Bununla da Polşanı milli rüsvayçılığa və qaçılmaz siyasi bankrotluğa məhkum edir.
Napoleon deyirdi ki, həqiqətən böyük olan üçün xırda heç nə yoxdur.  Polşanın da hələlik öz mövqeyinə yenidən baxmağa,  hakimmillətçilk ağacından enməyə və gələcək nəsillər üçün müasir, inkişaf etmiş, ümumbəşəri dəyərləri bölüşən demokratik dövlət reputasiyasını qoruyub saxlamağa vaxtı var.

Hələlik isə indiki nəsil “Ümumpolyak gəncliyi” təşkilatından olan millətçilərin timsalında  İsrailin Varşavadakı səfirliyinin qarşısında özüboşaldan maşından kərpic qalaqları boşaldaraq sosial şəbəkələrdə hesabat verir: "Yəhudilər heç bu kərpicə də layiq deyillər.  Ancaq biz səfirliyin qarşısına tonla kərpic boşaldaraq yəhudilərin müharibən sonra qalan mülkiyyətinin həcmini xeyli artırdıq.  Eybi yox, qalığı qaytarmaq lazım deyil!.."

Görünür, İsrailə də Polşadan heç nə lazım deyil.  Tarixi romanların qəhrəmanlarının söylədiyi kimi, "Maskalar atılıb, cənablar!.."





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10