Beynəlxalq ictimaiyyətin terror təşkilatı kimi tanıdığı, ortodoksal islam ideologiyasını mənimsəmiş “Taliban” hərəkatı Əfqanıstanda artıq hakimiyyəti ələ alıb.
Prezident Əşrəf Qəni ölkəni tərk edib və onun hökuməti paytaxt Kabili döyüşsüz təslim edib. Taliblər artıq Kabildə prezident sarayına və bir sıra əsas obyektlərə nəzarət edirlər, onlar Əfqanıstan islam xilafəti qurduqlarını bildirirlər və heç bir milli birlik hökuməti qurmayacaqlarını, hökuməti islamçılardan formalaşdıracaqlarını deyirlər.
Gün ərzində “Taliban” Kabil beynəlxalq aeroportunu bir neçə dəfə atəşə tutub, amma aeroportun hələlik onların nəzarətinə keçmədiyi bildirilir. Bununla belə Kabildəki ABŞ səfirliyi təcili xəbərdarlıqla çıxış edərək bildirib ki, şəhərdə vəziyyət sürətlə dəyişir və o cümlədən Kabil aeroportunun taliblər tərəfindən tutulması istisna deyil. Bu səbəbdən Kabildəki ABŞ vətəndaşları olduqları yerlərə sığınmalıdır.
“Assosiated press” agentliyi ABŞ-ın Kabildəki müvəqqəti işlər vəkilinin səfirliyin binasından aeroporta aparıldığını bildirir. Hazırda Kabil Həmid Karzay Beynəlxalq Aeroportunda ABŞ, Norveç, Azərbaycan və Türkiyə hərbçiləri yer alır. O cümlədən Türkiyənin aeroportda 500-ə qədər hərbçi və təhlükəsizlik xidməti əməkdaşı var.
Qeyd edək ki, Azərbaycan Əfqanıstandakı beynəlxalq sülhyaratma əməliyyatında 2002-ci ildən etibarən təmsil olunub. Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.
2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin etmiş və patrul xidmətini həyata keçirib.
5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.
Hazırda bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.
Hələlik onların çıxarılması barədə rəsmi qərar verilməyib. Belə görünür ki, Azərbaycan kontingenti Türkiyə hərbi kontingenti ilə birgə Kabil aeroportunda təhlükəsizliyi təmin etdiyi üçün onların çıxarılması barədə qərar da Ankara ilə məsləhətləşmələr şəraitində qəbul ediləcək. Bundan əvvəl ABŞ Əfqanıstandan qoşunlarını çıxararkən Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsini Türkiyəyə həvalə etmək barədə danışıqlar aparırdı. Lakin indi vəziyyət dəyişib və “Taliban” sürətlə ölkəyə nəzarəti ələ alaraq paytaxtı tutub. Bu baxımdan “Taliban”ın Əfqanıstanın beynəlxalq uçuşlara imkan verən yeganə aeroportuna da nəzarəti ələ almaq niyyətində olduğu şübhə doğurmur. Belə olanda Azərbaycan sülhməramlı kontingentinin aqibəti ilə bağlı narahatlıq da artır./virtualaz.org