Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Şuşa ətrafında bizim xüsusi təyinatlılar rusların xüsusi təyinatlılarını məhv edib, Daşaltıda paltarlarını mənə göstəriblər...”


“Rusiya sülhməramlılarından çox Qarabağ məsələsində İran daha çox rol oynayır. Hətta mən bir neçə politoloqlarımızın çıxışlarına baxmışam və bildirilir ki, İrandan Qarabağ daşınan yanacaq çənlərinin içində ancaq silah keçirilə bilər. Yanacaq sadəcə bəhanədir”
 
Bunu açıqlamasında Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov deyib:
 
“İran Azərbaycanın ərazisinə hansı əsasla gəlir? Tarixən İran və Rusiya başımıza gətirilən oyunlarda bir mövqedən çıxış ediblər. Mənə elə gəlir ki, bir müddət öncə Jirnovskinin Azərbaycan xalqının və Prezidentinin ünvanına səsləndirdiyi fikirlər birbaşa Rusiya ictimaiyyətinin yox, Rusiya hökumət dairələrinin, əsasən də rəhbərliklərinin fikridir ki, onlar bizə hədə-qorxu gəlirlər. Qardaş Türkiyə və Pakistan ölkəsiylə münasibətlərimizdən ruslar çox narahatdırlar. 
 
Rusiya sanki Qarabağı işğal etdi. Necə oldu ki, qızğın döyüşlər vaxtı bir neçə saatın içində 10 noyabr sənədi hazırlandı. Deməli bunlar əvvəldən rusları narahat edib. İkincisi də ki, “İsgəndər” raketinin atılmasından birbaşa Putinin xəbəri olub. Putinin icazəsi olmadan bundan nə rus, nə də erməni istifadə edə bilərdi. 1992-ci ildə ilk Qarabağ savaşında olan döyüşlərimiz haqda rus mətbuatı yazdı ki, guya biz döyüşmədik. İndi də igid oğullarımız torpaqlarımızı işğaldan azad edib və bəzi mətbuat və siyasətçilər rusların buna göz yumduğunu yazır. Xeyr, ruslar gözünü yummamışdı. Rusiya döyüşlərin əvvəl günündən Qarabağa silah daşıyırdı. Hətta bizim ordu Şuşa ətrafında rusun xüsusi təyinatlılarını məhv ediblər, onların paltarlarını belə bizim hərbçilər mənə göstəriblər. Mən noyabrın 8-də Daşaltı kəndində idim. Rusiya əvvəldən-axıra qədər ermənilərə kömək etdi. Vətən müharibəsində Ermənistanın bütün hərbi texnikası məhv edildi. Amma bir neçə gündür ermənilər orda təlim keçirlər. Bəs onda bu qədər texnika yerdən çıxdı? Demək ki, Rusiyanın 102 saylı hərbi hissəsindən ermənilərə yenə silah verilir. 
 
Onlar yenidən revanşa hazırlaşırlar, yenə adı erməni, içində isə ruslar olacaq. Amma buna baxmayaraq içimizdə olan rus xofu yox olmalıdır. Rusiya bu gün artıq özünün hayındadır. Türk qardaşlarımız və bizi dəstəkləyən dövlətlər bizə ruh verir. Azərbaycan ordusunun igidləri əgər ermənilər və ya ruslar nəsə etsə, onları məhv edəcək. Qocasından tutmuş cavanına qədər hamımız ayağa qalxıb qalan torpaqlarımızı da işğaldan azad edəcəyik. Üç yüz ildir başımıza gətirilən oyunların hamısını ruslar edib. İki xalqın, erməni və azərbaycanlının anası ağlayır, amma rusun anası ağlamır, o bu iki dövləti üz-üzə qoyub. Ermənilərin şüurunu, beynini oğurlayıb. 
 
Azərbaycandan da Jirnovskiyə qarşı kim nə deyibsə, haqlı deyib. O bizi dəfələrlə təhqir edib. Cavabını da verməliyik. Hələ bir neçə il öncə demişdim ki, Azərbaycanın nefti olmasa, ruslar indi alman dilində danışırdı. Bilmək olmazdı indi nə millətə çevrilmişdilər. Bütün bunlara baxmayaraq heç bir şeyə nail ola bilməyəcəklər. Azərbaycanda da rus təmayüllü adamlar çoxdur, onların qanı da xarabdır”.
 
Vasif Əlihüseyn, moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10