Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cinslərin savaşı... - İsrail ordusunda qadınlar hansı problemlə üzləşirlər? - ARAŞDIRMA


İsrail ordusu qadınların qanunla xidmət etdiyi nadir ordulardan biridir. Bununla belə, rəhbərlik son illərdə qadın və kişilərin birgə xidməti ilə bağlı ciddi fakir ayrılıqları ilə üzləşib. AiF.ru İsrail ordusundakı cinslər arasındakı qarşıdurmanın tarixini və necə həll edildiyini öyrənib. Moderator.az həmin yazını oxucularına təqdim edir.
Dini inanclara görə ayrıseçkilik

2012-ci ildə İsrail müdafiə ordusunda hərbi vəzifələrdə xidmət edən qadınların sayı 3% idi. Dörd il sonra bu rəqəm ikiqat artdı və artmaqda da davam edir. Ancaq problem ondadır ki, qadınlar üçün imkanların genişlənməsi ilə yanaşı, əksəriyyəti zabit və eyni zamanda elit birləşmələrin döyüşçüləri olan dini inanclı əsgərlərin sayında əhəmiyyətli artım müşahidə olunur. İsrail ordusunun zabit hazırlığı kursları ilə bağlı mövcud məlumatlar göstərir ki, məsələn, 2018-ci ildə məzun olan 392 kursantdan 40%-i özünü "dindar" hesab edir.
Etiqad etdiyi dinin qatdalarına əməl edən kişi hərbi qulluqçular bu səbəbdən qadınlarla eyni hissələrdə xidmət etməkdən imtina edirlər. Belədə orduda inanclı kişi və eyni zamanda İsrail silahlı qüvvələrinin "kişi" birləşmələrində xidmət edən qadın sayının artması cinslər arasında maraqların toqquşmasına gətirib çıxarır.

İsrail müdafiə ordusunda ilk dəfə 2002-ci ildə qadın və kişilərin birgə xidməti ilə əlaqədar yaranan maraqların toqquşmasına təsir edən problemləri həll etməyə çalışdılar. Tənzimləyici sənədlər kişilər və qadınlar üçün təmkinli davranış qaydaları və ayrı həyat şəraiti yaratdı və fərqli inanclı əsgərlər üçün müxtəlif imtiyazlar təyin etdi. Ancaq orduda olan hərbçi qadınlar bunu özlərinə qarşı ayrı-seçkilik və konkret hərbi hissələrdə xidmət etmək bacarıqlarının məhdudlaşdırılması kimi qəbul edirlər.Sülh, dostluq, kompromis
Nəticədə İsrail müdafiə ordusunda bir sıra nizamnamələr dayandırıldı və beş il ərzində İsrail Ordusunun Kadrlar İdarəsinin rəisi general Orna Barbivayın rəhbərlik etdiyi qrup kişi və qadınların birgə xidmətinin müxtəlif aspektlərini öyrənmək üçün çalışdı. 2016-cı ildə Baş Qərargah rəisi Qadi Eyzenkot fərmanın yenidən işlənmiş versiyasını təsdiqlədi və indi də “Birgə xidmət haqqında Fərman” adlanır.

Gender problemlərinə görə hərbi qulluqçuların işə qəbulu və xidmət qaydalarının əhəmiyyətli dərəcədə dəyişdirildiyi güman edilir. Məsələn, kişi cinsindən olan bir əsgər qarışıq tipli hərbi hissəyə (həm kişilərin, həm də qadınların xidmət etdiyi) göndərilməzdən əvvəl gedəcəyi yerin onun dini həyat tərzi ilə ziddiyyət təşkil edib-etmədiyi haqda komandanlığa məlumat verməlidir. Qadınlarla birgə xidmət keçməsi dini motivlərlə ziddiyyət təşkil edərsə, kişilərə yalnız kişi hərbçilərdən ibarət hissədə xidmət imkanı verilməlidir.

Düzdür, bu, könüllü olaraq müddətdən artıq xidməti seçən zabit və kiçik zabitlərə şamil edilmir.
Bundan əlavə, dini inancından asılı olmayaraq bütün İsrail müdafiə ordusunun üzvlərinin istisnasız iştirak etməli olduğu rəsmi hərbi mərasimlərdə qadın və dindar kişi hərbçilərin necə bölünəcəyi bəlli deyil.

"Müharibə" bitməyib
“Birgə xidmət haqqında Fərman”a cavab olaraq ictimaiyyət arasında İsrail müdafiə ordusuna qarşı tənqid kampaniyası geniş vüsət almışdı. Hamı narazı idi - ravvinlər də, feministlər də.

Nəticədə tərəflər müəyyən kompromisə gəldilər - ravvinlər yumşalaraq ordu qanunlarıyla barışmalı oldular. Ordu rəhbərliyi hərbi qulluqçuların ənənəvi davranış qaydalarına dini inanclarını pozmadan riayət etməsi tələbini təsdiqlədi, hətta bu, İsrail cəmiyyətinin əsas hissəsinin hər hansı bir inancıyla ziddiyyət təşkil etsə belə.

Ancaq görünən odu ki, münaqişə bununla həll olunmayacaq. Orduya daha çox karyera marağında olan qadınlar gedir və onlar öz hüquqlarına hörmət tələb edəcəklərDövlətin hərbi və siyasi rəhbərliyi bildirir kigetdikcə daha çox qadın özünü təsdiq etmək və ambisiyalarını reallaşdırmaq iddiası ilə orduya girir və heç bir güzəşt istəmir.

Tərcümə və təqdim etdi: Miraslan
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10