Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ƏZİZ Əzizov-Kərim Həsənov||--||



Bu məsələlər Azadlıq qəzeti 16 aprel sayında dərc etdiyi yazıda aydınlıq gətirməyə çalışıb. Yazıda çox ciddi məsələlərə toxunulsa da, nədəncə həmin məqalədə adları hallandırılan Kərim Həsənov və Əzizov deyilənlərə münasibət bildirməyib, hər hansı təkzib filan da olmayıb. Oxucular üçün maraqlı olacağını nəzərə alıb həmin yazıdan bəzi məqamları nəzərinizə çatdırır və bildiririk ki, yazıda adları çəkilən şəxslərin fərqli fikirləri olarsa onu da çap etməyə hazırıq:

Redaksiyaya müraciət edən S.Haqverdiyeva məcburi köçkün ailəsinin Cəlilabad rayonunda üzləşdiyi haqsızlıqdan danışıb. O, həyat yoldaşı Şafa Əhmədovun 5 aprel 2010-cu ildə DƏK sədri Kərəm Həsənov və rayon IH başçısı Əziz Əzizovun Cəlilabadda törətdiyi əməllərdən prezident və MTN-ə şikayət ərizəsi yazdığını bildirib:

Yoldaşımı dəfələrlə hədələdilər ki, ərizəsini geri götürsün. Amma onun etirazını görən adıçəkilən şəxslər birgə plan qurub və bu ilin 8 aprelində yoldaşımı şərləyərək həbs etdilər. Aprelin 9-da hakim M.Quliyevin sədrliyilə guya məhkəmə keçirildi. Polis rəisi R.Novruzov K.Həsənovun göstərişilə yoldaşımı şərləyərək günahsız yerə həbs etdi. Polis şöbəsində də öncə bizə ərizəni geri götürmək əvəzində yoldaşımı buraxmaq təklif edildi. Bu təkliflə razılaşmadığımızı görəndə isə yoldaşımı 221.3 maddəsilə həbs etdilər. Onu bu maddəylə həbs etməkdə məqsəd də yazılan həqiqi faktları heçə endirməkdir. 58 yaşlı ziyalı bir şəxsin bu maddəylə ittihamı insanda ikrah hissi oyadır. Belə tələsik tədbir görülməsinin də əsas səbəbi prezidentin may ayında Cəlilabada gözlənilən səfəridir. Həmin səfərədək icra başçısı rayonu düz danışan və haqqını tələb edənlərdən təmizləyir. Rayonda əsl repressiyadır. K.Həsənovla Ə.Əzizovun adamları qapı-qapı gəzərək adamları bizimlə danışacaqları təqdirdə onları da belə günə salacaqlarıyla hədələyir. Qapımızın ağzında dayanıb bizi güdürlər. Rayon camaatı bizimlə danışmağa qorxur. Hazırda Cəlilabad K.Həsənovun barmağıyla idarə olunur. Rayonda heç kim onun qohumlarına söz deyə bilməz. Həmin adam ya işdən çıxarılır, ya da həbs olunur. Icra başçısı, polis rəisi, məhkəmənin sədri və rayon prokuroru K.Həsənovun oyuncağına çevrilib. Rayondakı ən yaxşı vəzifələr avtovağzalın müdiri, rayon əmlak komitəsinin sədri, DƏRX rəisi və digər qurumların 90 faizi Həsənovun qohumlarından ibarətdir. Prezident onu cənub bölgəsinə təhkim edib ki, orada gedən işlərə nəzarət etsin. K.Həsənov da elə başa düşüb ki, cənub bölgəsi ona hədiyyə olunub.

Cəlilabadın icra başçısı Ə.Əzizovun nəyə qadir olduğunu PA-da hamı bilir. Əvvəllər Bakıda karamel satışıyla məşğul olan Əzizov rayonda 6 sot torpağı 6 min manata, kəndlərdə isə belə torpaq sahəsini 3 min manata satdırır. Onun keçirdiyi bələdiyyə seçkiləri isə çox maraqlıdır. Kəndlərdə bələdiyyə sədri olmaq ərazidən asılı olaraq 10 mindən 25 minə qədərdir. Əzizovun 3-cü müavininin qardaşı Çində alverdə ola-ola icra başçısı onu rayon bələdiyyəsinə üzv seçdirdi. Bələdiyyə seçkilərində ona dəstək verən də K.Həsənov idi.

Icra başçısının Xırdalanda mərmər sexi var. Rayonda aparılan abadlıq işlərində Xırdalandakı sexin tullantılarından istifadə edilir. Nəticədə o, dövlətin külli miqdarda pulunu təmir adıyla mənimsəyir. Dövlətin ayırdığı subsidiyanın üzünü isə kəndlilər görmür. Hər kəndin 500 ha əkin sahəsini Əzizovun göstərişilə bələdiyyə sədrləri 1000 ha adına sənədləşdirir. Sonra isə artıq yazdıqları 500 ha-nın hamısını, qalan 500 ha-nın isə bir hissəsini özünə götürür. Kəndlilərə isə cüzi bir hissə verilir. Köhnə müəssisələri söküb həyətyanı sahə kimi satmaqda icra başçısı məşhurdur. O, köhnə kolxoz bazarını sökdürüb tikinti materiallarını kooperativlərə satır. Əzizovun rayonda gəlir gətirən obyektləri çoxdur Tut bağı, Dostluq şadlıq sarayı, Sadatlı kəndində tikilən istirahət mərkəzi, Heydər Əliyev seyrəngahında kafe-çayxana, Göl restoranı, çörək zavodu və yanında tikiş sexi, yüz ha-larla üzüm bağları və taxıl zəmiləri. Bir sözlə Cəlilabad bütövlükdə Əzizova məxsusdur.

Bizim ailəyə qarşı terror kampaniyasında fəal iştirak edən digər şəxs polis rəisi R.Novruzovdur. R.Novruzov ölüm işlərini ört-basdır etməkdə çox mahirdir. Balakəndəki ölüm işini necə ustalıqla örtdüyünü xalq gözəl bilir. 0, 03-0,05 qr narkotiki nazirliyə göndərir, kiloqramlarla narkotiki isə tutub, tutulanı soyub, haqqını alandan sonra buraxır. Bunu Cəlilabadda hamı bilir.

Bizə  məcburi köçkün ailəsinə qarşı terror keçirən şəxslərin iç üzü budur. Nəticəni çıxarın və görün ki, bizə kimlər rəhbərlik edir. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10