Bu sözləri millət vəkili Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərov deyir.
Hekayət Nəzərov daha sonra bildirdi :- Məncə, şəhid qapısını açmaq ən müqəddəs, ən nəcib əməllərdəndir. Düzdür, belə gedişlər, şəhid ailələri ilə görüşlər qürurlu olsa da, həm də çox ağrılıdır. Millət Vəkili Məşhur müəllimin köməkçisi kimi çalışdığım son il yarımda təxminən 100-dən artıq şəhid qapısını, şəhid ocağını ziyarət etmişik. Elə ailə var ki, ora bir neçə dəfə - şəhidin dəfnində, hüzr məclisində, ad günündə, həlak olduğu gündə, övladının ad günündə ... baş çəkmişik. Bu görüşlərin 10-dan artığında millət vəkili Məşhur müəllim şəxsən iştirak edib.
Söhbət ondan getmir ki, biz hər hansı şəhid ailəsinə yardım edirik, evinə gedən yol bərbaddırsa onu təmirinə yardımçı oluruq, digər problemlərinə kömək edirik. Bunlar öz yerində. Lakin əsas odur ki, biz onlarla həmdərd oluruq, şəhid ailəsi hiss edir ki, bu dərdli günlərində ona Həyan olan, dayaq olan, dərdin bölüşməli adamlar var.
Növbəti belə bir görüş bu günlərdə Masallı rayonun Böyük Xocavar kəndində, aprel döyüşlərində böyük igidlik göstərərək şəhid olmuş gizir Aqil Məlikovun ölümündən sonra, 5-ci ad günündə ailəni yad etmək idi.
Bu ailəyə gəlişimiz ARBtv-nin əməkdaşlarının bu ocaq barədə çəklişi ilə eyni vaxtda düşmüşdü. Valideynlər, qohumlar Aqillə bağlı xatirələri yada saldı. Döyüş yoldaşlarının onun üçün necə qorxmaz, necə vətənsevər olduğu barədə xatirələrini dinlədi, eləcə də ev muzeyindəki eksponatlarla tanış oldu.
Xatırladaq ki, dəyərli jurnalistimiz, artıq dünyasını dəyişmiş Rəsul Rzayevin “Oğul arxalı Vətən” kitabı ziyarətçilərə paylanıldı.
Bir daha xatırlanıldı ki, Aqil Məlikov 12 avqust 1990-cu ildə Böyük Xocavar kəndində anadan olub, 1,6 aylıq hərbi xidmətini Naxçıvanda çəkib. Daha sonra 6 ay gizirlik məktəbində oxuyub. 6 aydan da artıq idi ki, Gizir kimi xidmət edirdi. Bir medal, çoxlu Fəxri Fərmanlarla təltif olunmuşdu.
Bir çox qanlı döyüşlərdə iştirak edib, hətta anasının hüzründə bir gündən artıq qalmayıb ki, döyüş yoldaşlarımın yanında olmalıyam.
Allah rəhmət eləsin!
Rəmzi Şahverdiyev. Cenub.az