Bu iddialar ortaya çıxdıqdan sonra Əfqanıstan Prezidenti ordu komandirini vəzifəsindən azad edib
Əfqanıstanda “Taliban” zorakılığı günü-gündən artdıqca silahlı qüvvələrin yüzlərlə azyaşlı qızı “seks köləsi” olmağa məcbur etdiyi deyilir. Talibanların ələ keçirdikləri şəhərlərdə qapı-qapı gəzərək kiçik qızları evləndirməyə məcbur etdiyi iddia edilir.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Əfqanıstandan çəkildikdən sonra ölkədə irəliləməyə davam edən Taliban haqqında bəzi iddialar irəli sürülüb.
İndiyə qədər 9 vilayəti ələ keçirən “Taliban” qüvvələrinin ələ keçirdikləri bölgələrdə qapı-qapı gəzərək 12 yaşlı qızlara təcavüz etdikləri, onları seks köləsi olmağa və evlənməyə məcbur etdikləri iddia edilib. İngilis “Daily Mail” qəzetinin xəbərinə görə, qapı -qapı gəzən Taliban əsgərləri qızları zorla ailələrinin əlindən alıb seks köləsi olmağa məcbur edirlər. Həmçinin qeyd edilib ki, “Taliban” bölgədəki imamlara 12-45 yaş arası qadınların “döyüş qəniməti” olaraq götürülməsini və əsgərləri arasında bölünməsi barədə təlimatlar verib.
Bu iddialar ortaya çıxdıqdan sonra Əfqanıstan Prezidenti ordu komandirini vəzifəsindən azad edib.
Bir qadın jurnalist Əfqanıstanın şimalında adını çəkmədiyi bir şəhərdən qaçdığını və Talibanın onu tutub edam edəcəyi qorxusundan əmisinin yanında gizləndiyini danışıb. Adı açıqlanmayan 22 yaşlı qadın burka taxdığını və Taliban silahlılarından qaçaraq yaxınlıqdakı bir kəndə sığındığını, ancaq yeri bilindikdən sonra yenidən qaçmağa məcbur olduğunu söyləyib.
İndi ölkənin şimalında ucqar bir yerdə qaldığın, həyatı və ailəsinin təhlükəsizliyindən əmin olmadığını deyib və narahatlığını belə ifadə edib: “Evə gedə biləcəmmi? Ailəmi bir daha görəcəyəmmi? Hara gedim? Necə sağ qalacağam?”.
Taliban indiyədək Əfqanıstanın 34 əyalət mərkəzindən doqquzunu ələ keçirib və ölkənin ən böyük şəhərlərinin çoxunu hökumət qüvvələrindən almaq üçün hücumlarını davam etdirir.
Müəllif: Ayna.az