Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu səbəbə görə qadınları öldürmək qanuna uyğun olub - Osmanlı tarixində şeyxülislamların İLGİNC FƏTVALARI


Osmanlı İmperiyasında “fətva” dediyiniz an necə deyərlər, axan sular durar. Çünki Osmanlı tarixində fətva qul, vəzir, paşa , hətta sultana da aid olunurdu. Osmanlı İmperatorluğunda şeyxülislamların və ya müftilərin verdiyi fətvadan cəmiyyətin hər bir təbəqəsi məsul idi. Eyni zamanda fətva verən şəxslər də çox diqqətli şəkildə seçilirdi.

Osmanlı tarixindəki şeyxülislamların verdiyi maraqlı fətvaların siyahısını təqdim edirik

Ebussuud Əfəndi (1545-1574)
Düşmənlərlə döyüşən və sağ qalanlar əsl qazilərdir, müharibədə ölənlər əsl şəhidlərdir, müharibədən qaçarkən dənizdə boğulanlar Allahın qəzəbinə düçar olublar və müharibədən qaçanlar əbədi olaraq Allahın qəzəbinə düçar olacaqlar.
Sultan Süleyman “Kanuni” unvanını nasıl kazandı? Ebussuud Efendi kimdir?
Zəkəriyazadə Yəhya Əfəndi (1622-1644)
Bir kişi başqa kişilər ilə münasibətdə olmaqdan çəkinməyən qadınının məhkəməsində hakimin özü olmasına qərar verə bilər.
Dilhâne | Aylık Dijital Dergi | Dijital Kütüphane
Dilhâne | Aylık Dijital Dergi | Dijital Kütüphane
Bəlizadə Mustafa Əfəndi (1656-1657)
İnsanlardan uzaq, sakit bir həyat yaşayan rahiblərdən cizyə alınmamalıdır.
Qeyd edək ki, cizyə islam ölkələrində qeyri-müsəlmanlardan alınan vergi növü idi.
Minkarizadə Yəhya Əfəndi (1662-1674)
Bir kimsə başqasının zinət əşyalarının özünə aid olduğunu iddia edərsə, tərəflər ortaya dəlillər də qoysalar iddia sahibinin dedikləri keçərli olmalıdır.
Çatalca Əli Əfəndi (1674-1692)
Evinə gətirdiyi əcnəbi kişiləri həyat yoldaşı ilə birlikdə saxlayan adam təzirlə (şiddətli söyüşlə) cəzalandırılmalıdır.

Debbağzadə Mehmed Əfəndi (1687-1690)
Məhkəmə tərəfindən baxılan və qərara alınan işə yenidən baxıla bilməz.
Ərzurumlu Hacı Feyzullah Əfəndi (1688-1703)
Əgər bir şəxs arvadının icazəsi olmadan başqası ilə cinsi əlaqəyə girərsə və bu münasibətdən bir uşaq dünyaya gələrsə, o uşağın atasının olduğu söylənməz.
Hacı Veliyüddin Əfəndi (1760-1768)
İslam ölkəsində ölən qeyri-müsəlman birinin sağ ikən qeyri-müsəlmanla evlənmiş və qeyri-müsəlman ölkədə yaşayan bir övladı varis ola bilməz.
İvazpaşazadə İbrahim Bəy Əfəndi (1774-1785)
Əgər kimsə kiməsə güc tətbiq etmədən filankəsi döyməyi əmr edərsə və döyülən şəxs bu səbəbdən şikəst olarsa, şikəst olan şəxs öz təzminatını sifariş verəndən deyil, döyən şəxsdən istəyə bilər.

Müftizade Ahmed Efendi (1786-1787)
Xalqın malını talan edərək fitnə -fəsad törətdikdən sonra tövbə edib təslim olan hökmdarları bağışlamaq olar.
Samanizadə Ömer Hulusi Əfəndi (1800-1812)
Tikdiyi hündür evlər ilə qonşusunun evini kölgəyə qərq edən bir şəxs vurduğu ziyanı ödəməlidir.
Ömer Hulusi Efendi kimdir
Ömer Hulusi Efendi kimdir
Mehmed Zeynelabidin Əfəndi (1815-1818)
Müsəlman bir şəhərin ətrafındakı kəndlərdə yaşayan, islam hökmdarına itaət etməyən və müsəlmanlarla savaşmaq üçün bir araya gələn insanlar qeyri-müsəlman sayılaraq öldürülə bilər.
Muhammed Zeynel Abidin Efendi | Evliyalar.net - Evliya, Sahabe, Peygamber  Kabirleri
Muhammed Zeynel Abidin Efendi | Evliyalar.net – Evliya, Sahabe, Peygamber Kabirleri
Mekkizade Mustafa Asim Əfəndi (1818-1846)
Bir qadını döyən və yaralayan kişi təzminat olaraq 2500 dirhəm gümüş ödəməlidir.
Seyyid Mehmed (Antalya Müftisi)
Allahın əmrini tanımayan və zina edən qadını səlahiyyətlilərin əmri ilə öldürmək qanununa uyğundur.

Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10