Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ulduz” filminin çəkildiyi ləm baxımsız vəziyyətdədir


Astara rayonunun Ərçivan qəsəbəsində “Ulduz” filminin çəkildiyi məşhur tarixi tikili – ləm baxımsız vəziyyətdədir.
 
Bu barədə Modern.az-a tikilinin yerləşdiyi evin sahibi Əsədulla Musayev məlumat verib. Onun sözlərinə görə, ləmin bərpaya ehtiyacı var.
 
Ev sahibi tarixi tikilinin Mədəniyyət Nazirliyi tərəfindən qorunan abidələr siyahısına daxil edilməsini nəzərə alaraq, sözügedən quruma müraciət etdiklərini bildirib.
 
Ə. Musayev qeyd edib ki, müraciətdən xeyli müddət keçsə də, ləmin bərpası üçün heç bir addım atılmayıb.
 
“Ləm Astaraya gələn turistlərin ilk ziyarət etdiyi məşhur abidələrdən biridir. Xüsusilə yerli turistlər “Ulduz” filmində geniş yer verilən bu tikilinin bərpası və daha yaxşı vəziyyətdə saxlanmasına ehtiyac olduğunu bildirirlər. Biz bunu nəzərə alaraq, bərpa üçün Mədəniyyət Nazirliyinə müraciət etdik. Amma hələ də bir tədbir görülməyib. Ümid edirəm ki, tarixi tikilinin məhv olmasına imkan verilməyəcək”.
 
Qeyd edək ki, 58 il bundan əvvəl “Ulduz” filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsində gördüyümüz ləm 1906-cı ildə inşa olunub. Abidə Mədəniyyət Nazirliyi tərəfindən qorunur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10