Xəbər verdiyimiz kimi Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin qərarına əsasən Nizaməddin Quliyev 9 il və onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.
Xatırladaq ki, Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov 2019-cu ildə həbs edilmişdi. Həmin vaxt onların xidməti otaqlarına keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahılar, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülmüşdü.
Nizaməddin Quliyev həbs olunan ilk icra başçısı deyil. Bu günə qədər bir neçə icra başçısı barəsində cinayət işi açılaraq, həbs olunub.
Musavat.com onları təqdim edir.
Həbs olunan icra başçılarından biri Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyevdir. O, 2020-ci ildə birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov ilə birlikdə həbs edilib. Məlumata görə həmin şəxslər tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
2020-ci ildə daha bir icra başçısı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də həbs edilib. Onunla yanaşı birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin sabiq direktoru Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov da saxlanılıb. Məlumata görə onların saxlanılmasına səbəb əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi və bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olması idi.
2020-ci ilin may ayında isə İmişli Rayon icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarında ittiham olunur.
2020-ci ilin dekabrında Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov da həbs olunub. Qeyd edək ki, N.Zeynalov 2018-ci ilin fevralından bu vəzifəni daşıyırdı. Həbs olunan sabiq icra başçısı rüşvət almaqda günahlandırılır.