
Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Qasım idarə etdiyi “VAZ-2199” markalı minik avtomobili ilə yolun kənarı ilə hərəkət edən həmkəndlisi, 1993-cü il təvəllüdlü Gülşən Məlikovanı vurub.
Qəza nəticəsində piyada aldığı ağır xəsarətlərlə rayon xəstəxanasına çatdırılsada orada vəfat edib.
Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.