Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ona rüşvət vermək istəyənə Həzrət İmam Əli (ə) necə cavab verdi?..


O zaman ki, Əşəs ibni Qeys İmam Əliyə (ə) rüşvət təklif etməyə cürət edir, əziz İmam (ə) ona buyurur: “Uşaqları ölmüş qadınlar sənin üçün ağlasınlar! Allah dini yolu ilə gəlmisən?! Bu yolla məni aldatmaq istəyirsən? Düşüncəni əldən vermisən?! Ya səni cin vurubdur, ya da xəstəlik nəticəsində sayıqlıyırsan?!
 
Allaha and olsun ki, əgər yer üzərində olan yeddi iqlim mənə verilərsə ki, qarışqanın ağzından arpa qabığını almaqla Allaha itaətsizlik edim – heç bir zaman etmərəm. Sizin dünya mənim üçün çəyitkənin çeynədiyi ağac yarpağından daha alçaq və dəyərsizdir. Əliyə dünyanın fani nemətləri və davamsız ləzzətləri nəyə lazımdır?
Allaha pənah aparıram yuxuya gedən ağıllardan, çirkin büdrəmələrdən! Bu yolda Ondan yardım istəyirəm”.
 
Bu hədis bizə rüşvətin nə qədər çirkin və dəyərsiz bir əməl olduğunu bir daha xatırladır və ondan çəkinməyimiz üçün bizə xəbərdarlıqlar edir. İmam (ə) buyurur ki, dünya onun nəzərində çəyirtkənin çeynədiyi ağac yarpağından da dəyərsizdir. Ona görə də bu dəyərsiz dünyanı axirətə nə üçün satmalıdır ki?! Nə üçün fani dünyanı əbədi həyatdan üstün tutmalıdır? Bu, ancaq qafillərin işidir. Dünya – qafillər üçün nemət, aqillər üçün imtahan yeridir.
 
 
Başqa bir hədisdə oxuyuruq ki, İmam Əlinin (ə) xalis davamçılarından olan Darmiyə adlı bir imanlı xanımı Müaviyə (lən) götən zaman, ondan soruşur ki, Əlini (ə) necə gördün? Həmin qadın cavab verir: “Onu elə halda gördüm ki, səni aldadan bu hökumət, onu aldatmamışdır. Səni məşğul edən bu dünya nemətləri, onu məşğul etməmişdir”. (Həvzəh)
 
Allahım! Bizləri Həzrət Əlinin (ə) həqiqi davamçılarından qərar ver!
 
/Deyerler.org/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10