Sabah, noyabrın 1-də saat 11:00 da başlayacaq. Astarada ilk dəfə Kitab
və Qəzet Yarmarkası! Salam çox dəyərli dostlar, yoldaşlar!
və Qəzet Yarmarkası! Salam çox dəyərli dostlar, yoldaşlar!
Rayonumuzda ilk dəfə keçiriləcək Kitab və Qəzet Yarmarkasına bütün kitab və qəzet severləri dəvət edirik.
Bir kitab bir qəzet al və köməyə ehtiyacı olan şəhid ailəsinə sən də yardım et! 9 Noyabr Bayraq Gününə həsr etdiyimiz kitab və qəzet yarmarkasına hamınız dəvətlisiniz. Bir qəzet və bir kitab almaqla həm yardımlaşmaq həmrəyliyimizi həm də sübut edək ki, rayonumuzda oxumağa dəyər verən insanlar var! Sabah "Astara" qəzetinin yeni nömrəsi, Astarta Book House kitab evinin çox maraqlı kitabları və Astara Mərkəzi Kitabxanasının yeni kitabları sizlərə təqdim olunacaq. Unutmayın ki yardımlaşmaq ən gözəl mədəniyyətdir!