Masallıda rayonunda günün ikinci yarısından başlayan güclü külək bir sıra fəsadlar törədib.
Masallı rayon Təklə tam orta məktəbinin dam örtüyünün bir hissəsi
uçaraq yarasız hala düşüb. Yeni Zuvand kənd orta məktəbində də analoji hadisə baş verib.
Masallı rayonu ərazisində 10-dan artıq iri gövdəli ağac kökündən qoparaq yol üzərinə aşıb. Masallının Ərkivan qəsəbəsində Azər Novruzova məxsus ikimərtəbəli yaşayış evinin üzərinə irigövdəli ağac aşıb. Nəticədə yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib.
Külək rayonun rabitə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik dirəklərinin aşması nəticəsində onlarla yaşayış məntəqəsi işıqsız qalıb. Masallı rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Abbas Mikayılovdan sözlərinə görə, hazırda rayona dəymiş ziyanın miqdarı hesablanır.
Külək Astarada da bədbəxt hadisəyə səbəb olub.
Hadisə rayonun Otlayataq kəndində qeydə alınıb.
Kənd sakini, 1985 il təvəllüdlü Şəfa Ziyafəddin qızı Əliyevanın başına güclü külək səbəbindən irigövdəli ağac aşıb.
Yaralı Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Reanimasiyada olan qadının vəziyyətinin ağır olduğu bildirilir. (APA)