Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt


1. Qazaxda dünyaya gəlib. Qaçaq Kərəmin soyundan olub. Böyük Vətən müharibəsi başlayanda orduya çağırılıb, müharibədə iştirak edib.
2. Uşaqları ona “ata” yox, “Söyün qağa” deyə müraciət edirmiş.

                                        

3. Lətifələr qəhrəmanı, məzəli insankimi tanınan Hüseyn Arifi ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən biri olduğunu çox adam bilmir. Tək oğlu Arifin ölümü onun həyatını alt-üst edib. 21 yaşlı oğlu Arif avtomobil qəzasında öləndən sonra Hüseyn Hüseynzadə Hüseyn Arif imzasıyla yazır.
4. Ateist olub. Uşaqlarını da o ruhda tərbiyə edib. Yəqin bu səbəbdən ağsaqqal dediyi dostu İ.Şıxlı öz aralarında H.Arifə “Kafir” deyirmiş.
                                    
5. Gəncliyində məşhur aşıq Aşıq Mirzənin qızını sevib. Ancaq qovuşmayıblar. Hüseyn əsgərlikdə ikən Bənövşə ərə gedib. Sonralar şairəözündən 9 yaş kiçik, 16 yaşında bir qız göstəriblər, gözəl olduğundan şair ona vurulub. Evlənməyə razılığını alıblar. Qız onu oxudacağına söz alandən sonra Hüseynlə ailə qurmağa razı olub. Ancaq şair bir çox sevgi şeirlərində “İlk və son məhəbbətim” deyə Bənövşəyə işarələr vurub.
6.Situasiyadan yumorla çıxmağı varmış. Məsələn, ona eşq élan edən şairə xanıma, “Arvadla məsləhətləşim, sizə bir söz deyərəm” deyir.

                                    
7. SSRİ Xalq artisti Zeynəb Xanlarova ilk dəfə onun şeiri ilə efirə çıxıb. “Qonşu qız” mahnısıyla... Sözləri Hüseyn Arifin, musiqisi Ələkbər Tağıyevindir. Amma sonralar danıb bu faktı. Deyib, öz mahnımla çıxmışam. Halbuki o vaxt gənc bir qızın mahnısını heç vaxt efirə buraxmazdılar. Bu fakt televiziyanın “Qızıl fondu”nda da öz əksini tapıb.
8. Deyilənə görə, Hüseyn Arif şərqşünaslıq fakültəsini fərqlənmə ilə bitirsə də farsca bilmirdi.
                         Gallery

9. Cəmi 68 il ömür sürüb. Amma kim bilir, oğul dağı olmasaydı, daha neçə il yaşaya bilərdi. Şeirlərinin birində belə deyir:
Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim.
Səksənə, doxsana, yüzə dözərdim –
Əllidə Arifi itirməsəydim.
10.Başına gələn faciədə özünü günahkar bilib. Ovçuluq etdiyi zamanlarda ovladığı heyvanlar haqda ürək ağrısı ilə yazıb və sonda şeiri belə misra ilə bağlayıb : “Bu qan səni tutasıydı, tutdu da”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10