Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlı qadın arıqlamaq üçün 16 dəfə əməliyyat keçirib - Sonuncusu Bakıda oldu...



Azərbaycanda qadın pasiyent 15 dəfə metabolik əməliyyat keçirməsinə baxmayaraq, nəticələrindən razı qalmayıb.
 
O, ilk dəfə şəkərli diabetdən qurtulmaq üçün bir neçə dəfə İsveçrədə bariatrik əməliyyatlar keçirib.
 
Lakin bu əməliyyarlar uğurlu alınmayıb, əlavə problemlər yaradıb. Bu problemləri aradan qaldırmaq üçün yenidəm təkrar başqa əməliyyatlar etdirmək məcburiyyətində qalıb.
 
15-ci əməliyyatı Türkiyədə edilib, ona son tamamlayıcı əməliyyat üçün bir dəfə də gələrsən deyilsə də, pandemiya səbəbindən pasiyent Bakıda bu son əməliyyatı etdirmək qərarına gəlir.
 
Sayca 16-cı əməliyyatı bariatrik cərrah Taryel Öməröva etibar edir.
 
Həkim bildirir ki, artıq bu son əməliyyat olacaq. Çünki Türkiyədəki 15-ci əməliyyat uğurlu idi, bu tamamlayıcı hesab edilir.
 
Mədəkiçiltmə əməliyyatının bir dəfədən uğurlu nəticə alması üçün düzgün cərrah mütəxəssisi seçmək önəmlidir. Əks təqdirdə əməliyyat əməliyyatı gətirərək, xəstəni saysız-hesabsız əziyyətlərə sala bilər.
 
Piylənmə taleyiniz olmamalıdır





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10