1941-ci ildə Masallı Rayonunun Qızılağac kəndində anadan olmuş
Ələkbərov Elmidar Bəbir oğlu, dünən, 80 yaşında dünyasını dəyişib.
E. Ələkbərov 1968-ci ildə S.Ağmalıoğlu adına K/T-ı İnstitutuna daxil olub və oranı Fərqlənmə diplomu ilə oranı bitirir. K/T-ı İnstitutunun Elmi Şurasının qərarı ilə vaxtından əvvəl aspiranturaya qəbul edilib və Sankt-Peterburqa göndərilir, orada elmi işini uğurla müdafiə edirək, kənd təsərrüfatı elmləri namizədi, alim kimi respublikaya gəlir.
1988-1991-ci llərdə Astara Rayon Partiya Komitəsinin II katibi, Respublika Aqrar Siyasət Komissiyasının sədri, Xalq Deputatları Sovetinin deputatı, Ümumittifaq Sahə Koordinasiya Şurasının üzvü kimi vəzifələrdə çalışır. Son illərdə Azərbaycan Koorperasiy Universitetndə kafedra müdiri vəzifəsində çalışmışdır. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Qızıl medal”Ina layiq görülüb.
Onun oğlu Rövşən Ələkbərov da alimdir. Hazırda Masallı Rayon Statistika idarəsində baş mühasib işləyir.
Elmidar Ələkbərovun böyük qardaşı Ələkbərov Tofiq Bəbir oğlu isə Viləşçay Su Dəryaçasının ilk rəisi olub.
1938-ci ildə Masallı rayonunun Qızılağac kəndində doğulub. Azərbaycan Respublikası Kənd Tikinti Nazirliyinin 3 və 2 saylı Trestlərinin, rəisi işləyib, 1998-ci ildə vəfat edib.
Elmdar Ələkbərovun hüzr məclisi Masallı şəhərində, onun ASAN xidmətin yaxınlığındakı mənzilində keçirilir.
Allah rəhmət eləsin!