Daha bir sabiq masallılı məmur dünyasını dəyişdi
O, uzun illər rəhbər işdə çalışsa da, gözəl insan adını qoruya bildi.
Bu günlərdə masallılı məmur Məmmədov Zakir Məmməd oğlu 69 yaşında dünyasını dəyişib.
Zakir Məmmədov 1952-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. Gəncə Kənd Təsərrüfatı Universitetini bitirib. Uzun illər Masallıda Çayçılıq Trestinin rəisi, Aqrar Sənaye Birliyinin rəis müavini, rəis əvəzi, Masallı Rayon Sosial Müdafiə Fondunun sədri işləyib. 2003-2019-ci illərdə Əhalinin Sosial Müdafiə Nazirliyində Sosial Müdafiə Fondunda Sosial Müdafiə Fondu iri Sığorta ödəyiciləri üzrə Departamentinin aparıcı mütəxəssisi vəzifəsində çalışıb.
Tutduğu vəzifələrdən asılı olmayaraq Zakir müəllim harada işləməsindən asılı olmayaraq insanlara səmimi münasibəti, xeyirxahlığı, digər insani keyfiyyətləri ilə seçilib.
Allah rəhmət eləsin!