Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Niyə Masallıda özünəməşğulluğun səviyyəsi çox aşağıdır?


Masallıda  bir neçə il öncə əməlli-başlı tikiş maşını alveri gedib. 300-500 manat şirinlik müqabilində kimlər üçünsə 1000-1500 manatlıq tikiş maşınları təşkil edilib.

Əvvəlki illərdə “iş yeri” deyəndə hansısa hökumət idarələrində, yaxud özəl təşkilatlarda iş yerləri nəzərdə tutulurdu. Yəni, hansı idarədəsə katibə, kitabxanaçı, xadimə və sair.

Amma, hamının görə bilmədiyi, realda isə daha “çörəkli” işlər də var imiş -  özünəməşğulluq.

Yəni, kiməsə tikiş maşını verilir, kiminə kompüter avadanlığı, kiminə “vulkanizasiya” aparatı, kiminə yanı balalı heyvan və sairə.

Bəs bu imkandan kimlər faydalanır? Yaxud, konkret desək, Masallıda bu imkanlardan kimlər xeyir görüb və görmək şansındadır?

Öncə sualın 1-ci hissəsini cavablayaq. Əldə etdiyimiz məlumata görə  belə 

özünəməşğulluq imkanlarından əsasən hədsiz imkansız ailələrin, Qarabağ döyüşlərinin, yaralı Qazilərin  faydalanması nəzərdə tutulub.

Amma həmin şəxsin bu iş üçün gərək bazası ola. Yəni ki, tövləsi var, örüş sahəsi var, işçi qüvvəsi var, lakin maddi imkanı yoxdur ki, inək ala. 

Belə ailəyə, 2 yanıbalalı inək, 400 kiloqram  qüvvəli yem də verilir. Belə yardım üçün bir ailəyə təxminən 3000-3.500 manat vəsait ayrılır.

Yaxud, dərzilik bacarığı olan var, amma tikiş maşını yoxdur, kompüter bacarığı var, kompüteri yoxdur.

Gələk əsas məsələyə. Görək, Masallıda bu imkanlardan, kimlər və necə faydalanırlar?

Məlum oldu ki, Masallıda  bir neçə il öncə əməlli-başlı tikiş maşını alveri gedib. 300-500 manat şirinlik müqabilində kimlər üçünsə 1000-1500 manatlıq tikiş maşınları təşkil edilib. Bu iş həm bəzi QHT-lər və banklar vasitəsi ilə reallaşıb. Lakin xbeyli cəhd etsək də bu məlumatları toplum halında əldə etmək mümkün olmadı. Əgər mənim “yalanımı” çıxartmaq istəyirlərsə, buyursunlar, son 2 ildə rayon üzrə hansı əraziyə və kimlərə tikiş maşını, mal-qara və sair veriblər siyahısını icra hakimiyyətinin saytında yerləşdirsinlər. Yəqin ki, belə məlumatlar heç kəsin marağında olmayan xiyar-badımcan və buna bənzər məlumatlardan daha maraqlı olar.

İndi isə daha konkret məlumatları sizə təqdim edək.

Deməli, bu günə qədər ölkə üzrə təkcə Rabitə Bankın xətti üzrə aşağıdakı rayonlarda 111 ailəyə özünəməşğulluqla bağlı ya kifayət qədər yardım edilib, ya da həmin yardımlar alınmaq ərəfəsindədir.

Lənkəran rayonu üzrə 5 ailə - 3-ü xidmət, 2-si kənd təsərrüfatı.

Lerik rayonu üzrə - 7 ailə-hamısı kənd təsərrüfatı.

Neftçala rayonu üzrə - 9 ailə - 5-i qoyunçuluq, 4-ü xidmət.

Şirvan şəhəri üzrə - 11 ailə. Hamısı xidmət

Cəlilabad rayonu üzrə 2+4 ailə. Əsasən kənd təsərrüfatı.

Astara rayonu üzrə 5 ailə - k/t və xidmət

Qısası digər rayonlar da daxil 111 ailə ya bu imkandan faydalanıb, ya da faydalanmaq üzrədir.

(Bu 30 avqust 2021-ci ilə olan məlumaytdır)

Siyahıda ən zəif nöqtə Masallıdır. Son günlər bəzi fəalların hay-küyündən sonra Masallıda 4 bu istiqamətdə

4 sənəd təqdim edilib.

Görəsən, niyə, 230 minə yaxın əhalisi olan Masallı bu özünəməşğulluq imkanlarından lazımınca faydalana bilmir.

İlkin məlumata görə, sənədlər ən çox Masallı rayon Məşğulluq İdarəsində ilişir.

İkincisi, Masallı rayon icra hakimiyyətinin başbilənləri böyük işlərə başları qatışdığından belə “xırda-mırda” işlərə baş qoşmurlar. Bu “xırda-mırda” işlərə ayrılan 30-40 min manatlıq vəsaitdən isə digər rayonlarda onlarla ailə faydalanır.

Xatırladaq ki, bu, son 7 aya olan məlumatdır.

Bu mövzuda sözü olan varsa, cənub xəbərtv kanalına dəvət edirik; gəlin və isbatlayın ki, dediklərimiz yalandır, əsil reallıq isə budur, budur, budur.  Ya icra hakimiyyəti “uzağı” görə bilmir, ya da məşğulluq idarəsi bunları əməlli-başlı fırladır. Elə təkcə son 2-3 ildə sağa-sola paylanan tikiş maşınlarının sayı-sahibi ortaya qoyulsa, o vaxt deyərəm ki, bunlar doğrudan da nə isə bacarır.

Xatırladıram ki, əlimizdə daha mükəmməl siyahılar, konkret şahidlə, zərərçəkənlər var.

Zahir Əmənov, cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10