Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Son vaxtlar sərbəstliyim əlimdən alınıb” — Xalq artisti


 zaman baxımlı olmalıyam, gənc qalmalıyam, sağlam olmalıyam. Uşaqlıqdan özümə bu proqramı verirdim. Bu yolla gedirdim. Bunu deməklə deyil, ona əməl edirdim. Hər gün idman edirdim. Saçımdan tutmuş əllərimə qədər qulluq edirdim. Bu da sistem halını aldı. Böyüyəndə isə deyirdim, kim yaxşı paltar tikir tapmalıyam. Gedirdim dərzilərə paltarlar tikdirirdim".

Bu sözləri Xalq artisti Mələkxanım Əyyubova "Gün ortası" proqramında deyib. Xanəndə baxım sirlərindən danışıb. O bildirib ki, hər getdiyi yerə ayrı libas tikdirib, manikür etdirir:

"Sonra düşündüm ki, hazır paltar alsam, kimdəsə ola bilər. El məclislərinə gedirəm, geyindiyimdən kimdəsə görərəm. Ona görə də tikdirirdim. Hər şeyə təmiz, vasvası yanaşıram. Evdəkilər bezib.

Zəng edirlər ki, sabah efirə gələ bilərsiz? Deyirəm, yox. Hazır deyiləm. Məni efirə ən azından bir həftə əvvəl çağırmalısınız. Mənim ruhum, beynim ona köklənməlidir. Başlayıram verilişlə yaşamağa: necə görünəcəm, nə geyinəcəm. Deyirəm, bunu geyinmişəm, sonda yenisin hazırlatdırıram. Geyimə uyğun manikür, makiyaj olmalıdır. Bahalı paltar geyinib getmək şərt deyil. Elə sadə paltar geyinə bilərsən ki, ona uyğun saç, makiyaj, aksesuar olmalıdır.

Son vaxtlar sərbəstliyim əlimdən alınıb. Qızım Nəzrin edir. İndi hara gedirəm Nəzrini çağırıram. Yoldaşım da evdən çıxanda çağırır ki, Nəzrin gəl gör necədir, əskiklik yoxdur?





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10